...

KİVDF: Jurnalistlərə mənzillər iyulun 20-də təqdim olunacaq, siyahı sabah açıqlanacaq

Cəmiyyət Materials 18 İyul 2017 13:31 (UTC +04:00)
Jurnalistlərə yeni tikilmiş binada mənzillər iyulun 20-də təqdim ediləcək.
KİVDF: Jurnalistlərə mənzillər iyulun 20-də təqdim olunacaq, siyahı sabah açıqlanacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Jurnalistlərə yeni tikilmiş binada mənzillər iyulun 20-də təqdim ediləcək.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli Nəsimi rayon İcra Hakimiyyətində 22 iyul - Milli Mətbuat Günü münasibətilə keçirilən tədbirdə deyib.

V.Səfərli qeyd edib ki, iyulun 19-da jurnalistlərə dəvətnamə göndəriləcək:

"Müvafiq komissiyaya 2 minə yaxın müraciət daxil olub, bu müraciətlərin hamısı ciddi şəkildə araşdırılıb. Yekunda 250-dən çox jurnalistə mənzil verilməsi qərara alınıb. Bu, cənab Prezident İlham Əliyevin jurnalistlərə hədiyyəsidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti