...

Sloveniyalılar texnologiya parkları üçün plan hazırlanmasına dəstək göstərəcəklər

Cəmiyyət Materials 28 Avqust 2017 15:29 (UTC +04:00)
AMEA Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq çərçivəsində Avropa Birliyinin TAIEX - Texniki Dəstək və İnformasiya Mübadiləsi layihəsinin mütəxəssisləri Bakıda səfərdirlər.
Sloveniyalılar texnologiya parkları üçün plan hazırlanmasına dəstək göstərəcəklər

Bakı. İlhamə İsabalayeva - Trend:

AMEA Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq çərçivəsində Avropa Birliyinin TAIEX - Texniki Dəstək və İnformasiya Mübadiləsi layihəsinin mütəxəssisləri Bakıda səfərdədirlər.

Akademiyadan Trend-ə verilən məlumata görə, TAIEX layihəsi çərçivəsində Sloveniyanın Lyublyana texnoparkının mütəxəssisləri AMEA Yüksək Texnologiyalar Parkında təlim-seminara başlayıblar. Dörd gün davam edəcək təlim texnologiya parklarının planlaşdırılması və idarəolunması mövzusuna həsr olunub.

Seminarın keçirilməsində məqsəd texnologiya parklarının inkişaf etdirilməsi və idarəedilməsi məqsədilə strateji planlaşdırma üzrə Avropa Birliyi təcrübəsini paylaşmaqdır. AMEA Yüksək Texnologiyalar Parkının təşkilatçılığı ilə keçirilən təlimdə iştirakçılar innovasiyalar, texnologiyaların idarə olunmasında ənənəvi və müasir modellər ilə tanış olacaqlar. İnnovasiya sahəsinə dövlət dəstəyinin təmin edilməsində texnologiya parklarının rolu barədə məlumatlandırılacaqlar. Lyublyana Texnoprkının mütəxəssisləri Avropa təcrübəsinə əsaslanaraq təlim iştirakçılarına Texnologiya Parkları üçün Strateji planın hazırlanmasına dair praktiki dəstək göstərəcəklər.

Təlim zamanı “Elm/Texnologiya Parkları” və “Biznes İnkubator”ların ənənəvi rolları, “Texnologiya Parkları”nın inkişaf tarixi və istiqamətləri, innovasiyalar, elmin kommersiyalaşdırılması barədə müzakirələr aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti