...

Səhiyyə Nazirliyi: Ötən gün baş verən qəzalarda ölən 8 nəfərdən biri hamilə qadın olub

Cəmiyyət Materials 20 Sentyabr 2017 10:23 (UTC +04:00)
Ötən gün Salyan və Biləsuvarda baş verən yol qəzalarında 1-i hamilə qadın olmaqla, 8 nəfər dünyasını dəyişib.
Səhiyyə Nazirliyi: Ötən gün baş verən qəzalarda ölən 8 nəfərdən biri hamilə qadın olub

Bakı. İlhamə İsabalayeva – Trend:

Ötən gün Salyan və Biləsuvarda baş verən ağır yol qəzalarında 1-i hamilə qadın olmaqla, 8 nəfər dünyasını dəyişib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın Trend-ə verdiyi məlumata görə, dünən axşam saatlarında Salyanda 2 maşının toqquşması nəticəsində 4 nəfər dünyasını dəyişib.

Ölənlərin hamısı qadın olub. Qadınlardan biri hamilə olub. Hadisə nəticəsində yaralanan 2 nəfər kişidən biri əməliyyat edilib. Əməliyyat edilən yaralının vəziyyəti ağır, digər yaralının vəziyyəti isə orta ağır qiymətləndirilir.

Qeyd edək ki, Biləsuvarda “KAMAZ” markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb.

Səhiyyə Nazirliyindən Trend-ə bildiriblər ki, yaralı əməliyyat edilib, onun vəziyyəti ağırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti