...

Bakıdakı yarmarkada bəzi arıçıların balı niyə satılmayıb?

Cəmiyyət Materials 10 Noyabr 2017 17:09 (UTC +04:00)
Bakıda keçirilən bal yarmarkasına qeyri-qanuni müdaxilə edilib.
Bakıdakı yarmarkada bəzi arıçıların balı niyə satılmayıb?

Bakı. Samir Əli - Trend:

Oktyabrın 10-dan noyabrın 5-dək Bakıda keçirilən bal yarmarkasında satış üçün təqdim olunmuş bal və bal məhsullarının 10 faizindən çoxu satılmayıb. Bunu Trend-ə Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov bildirib.

B.Həsrətovun sözlərinə görə, buna səbəb bal yarmarkasına qeyri-qanuni müdaxilə edilməsi olub.

Assosiasiya sədri bildirib: "Buna səbəb yarmarka keçirilən ərazidə son iki gündə qanunsuz bal satışının təşkil edilməsidir. Adətən, yarmarkalara əhali son iki gün ərzində gəlirlər. Həmin günlərdə isə yarmarkanın qarşısında qanunsuz bal satışları həyata keçirildi. Yarmarkaya gələn arıçılar isə buna etiraz etdilər. Məsələ ilə bağlı arıçılar Daxili İşlər Nazirliyinin "102" xidmətinə, Xətai rayon Polis İdarəsinə müraciət etdilər. Assosiasiya adından isə mən Baş Prokurorluğa müraciət etdim. Hüquq-mühafizə orqanlarında məsələ ilə bağlı araşdırma aparılır".

Qeyd edək ki, bu il növbəti bal yarmarkası Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 10-dan noyabrın 5-dək keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti