...

Zəlzələ nəticəsində Ağdamda 130 evə ziyan dəyib (FOTO)

Cəmiyyət Materials 16 Noyabr 2017 09:02 (UTC +04:00)
Ağdam rayonunda baş verən zəlzələ nəticəsində 130-dan artıq evə ziyan dəyib.
Zəlzələ nəticəsində Ağdamda 130 evə ziyan dəyib (FOTO)

Bakı. Samir Əli - Trend:

Ağdam rayonunda baş verən zəlzələ nəticəsində 130-dan artıq evə ziyan dəyib.

Bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, kəndlərdə evlərə dəymiş ziyanla bağlı araşdırmalar davam edir: "Hələlik ilkin məlumata görə, 132 ev, 1 məktəb binasında çatlar əmələ gəlib. Çəmənli kəndində 36, Əfətti kəndində 3, Zənguşalıda 1, Xındırıstanda 10, Quzanlıda 5, Üçoğlanda 4, Şərvənddə 5, 1-ci Dördyol qəsəbəsində 44 , Təzəkənd qəsəbəsində 1, Yeni Quzanlı qəsəbəsində 10, Baharlı qəsəbəsində 10, Təzəkənd kəndində 3 ev, 1 orta məktəbdə çatlar əmələ gəlib".

Qeyd edək ki, noyabrın 15-də Ağdam rayonunda zəlzələ baş verib. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata əsasən, yerli vaxtla saat 23:48-də rayon ərazisində 5.7 bal gücündə zəlzələ baş verib. Zəlzələ episentrdə 5.7 bal, yaxın yaşayış məntəqələrində isə 3-5 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 25 km olub.

Digər təkan isə noyabrın 16-da saat 02:02:27-də Bərdə rayonu ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 25 km olub. Zəlzələ ətraf rayonlarda hiss olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti