...

İcbari tibbi sığorta sisteminin tətbiq dairəsi genişləndirilib

Cəmiyyət Materials 27 Noyabr 2017 10:42 (UTC +04:00)
İcbari tibbi sığorta sistemi ilə bağlı artıq 5-6 aydır ki, Naxçıvan Muxtar Respublikasında pilot layihə həyata keçirilir.
İcbari tibbi sığorta sisteminin tətbiq dairəsi genişləndirilib

Bakı. İlhamə Isabalayeva - Trend:

İcbari tibbi sığorta sistemi ilə bağlı artıq 5-6 aydır ki, Naxçıvan Muxtar Respublikasında pilot layihə həyata keçirilir.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabinetinin Humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərov bu gün "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" layihəsinin açılış mərasimində çıxış edərkən deyib.

Onun sözlərinə görə, ölkədə icbari tibbi sığorta sistemi diqqət mərkəzində olub:

"Layihə Mingəçevir və Yevlax şəhərlərində həyata keçirilir. Layihənin nəticələri müsbətdir. Ümid edirəm ki, bu layihələr səhiyyə sisteminin maliyyələşdirilməsi üçün yeni optimal yolların tapılmasına xidmət edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti