...

Tibb işçilərinə Səhiyyə Nazirliyindən şad xəbər

Cəmiyyət Materials 27 Noyabr 2017 10:55 (UTC +04:00)
İcbari tibbi sığorta sistemi səhiyyə sisteminin şəffaflaşdırılmasına, əhalinin tibbi xidmətlərdən istifadə imkanlarının artırılmasına, tibb işçilərinin əməyinin stimullaşdırılmasına yardım edəcək.
Tibb işçilərinə Səhiyyə Nazirliyindən şad xəbər

Bakı. İlhamə İsabalayeva - Trend:

İcbari tibbi sığorta sistemi səhiyyə sisteminin şəffaflaşdırılmasına, əhalinin tibbi xidmətlərdən istifadə imkanlarının artırılmasına, tibb işçilərinin əməyinin stimullaşdırılmasına yardım edəcək.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Zəkiyyə Mustafayeva bu gün "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" layihəsinin açılış mərasimində çıxış edərkən deyib.

Layihənin pilot olaraq həyata keçirildiyini xatırladan Z.Mustafayeva hesab edir ki, bu ilin sonunda layihənin nəticələri daha dərin olacaq: "O məlumatların əsasında təhlillər aparılaraq yeni maliyyələşdirmə modelinin tətbiq edilməsinə, bütün ölkə ərazisində səhiyyə sisteminin inkişafına zəmin yaradacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti