...

Qəbiristanlıqların ərazisi xüsusi mülkiyyətə verilməyəcək

Cəmiyyət Materials 15 Dekabr 2017 11:20 (UTC +04:00)
Azərbaycanda qəbiristanlıqların yerləşdiyi torpaqlar xüsusi mülkiyyətə verilə bilməyəcək.
Qəbiristanlıqların ərazisi xüsusi mülkiyyətə verilməyəcək

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda qəbiristanlıqların yerləşdiyi torpaqlar xüsusi mülkiyyətə verilə bilməyəcək.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında müzakirəyə çıxarılan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, qəbiristanlıqların yerləşdiyi bələdiyyə torpaqları xüsusi mülkiyyətə verilə bilməyəcək.

Qeyd edək ki, qanuna əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parklarının, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, qəbiristanlıqların və idman meydançalarının altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə, hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Bundan sonra qəbiristanlıqların yerləşdiyi torpaqlar xüsusi mülkiyyətə verilə bilməyəcək.

Dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti