Bakıda həkimdən pasiyentlərinə sürpriz (FOTO/VİDEO)

Bakıda həkimdən pasiyentlərinə sürpriz (FOTO/VİDEO)

Bakı. Trend:

Yüksək riskli hamiləlik və doğum üzrə mütəxəssis, cərrah mama-ginekoloq Dr.Səbinə Mirzəyeva riskli hamiləlik yaşamış analar və onların körpələri ilə özəl görüş keçirib.

Trend-in məlumatına görə, “Azərbaycan” kinoteatrında baş tutan bu xüsusi tədbirdə Dr.Səbinə Mirzəyevanın nəzarəti altında dünyaya gələn 100-dən çox müxtəlif yaşlı körpələr və onların valideynləri iştirak ediblər.

Dr.Səbinə Mirzəyeva qarşıdan gələn yeni il münasibətilə təşkil etdiyi bu tədbirdə riskli hamiləlik dönəmi yaşamış xanımlar başda olmaqla, bütün qonaqları salamlayaraq, ürək sözlərini məhz bu cür ifadə edib:

“Hər bir xanım mənim üçün özəldir. Bu 17 illik fəaliyyətim dövründə xanımlara bağlılığım bir az da artıb. Bu illər ərzində biz daha da yaxın olmuşuq, daha da doğmalaşmışıq. İllərlə ana olmaq arzusu ilə yaşayan, sonunda bu arzusunu reallaşdırmaq imkanı ilə üzləşən, ana olacağını öyrənən və hamiləlik müddətində müxtəlif çətin vəziyyətlərlə, gərgin risklərlə üzbəüz qalan xanımlarımız, sizin mənim həyatımdakı, xatirələrimdəki və öz dünyamdakı yeriniz və rolunuz isə tam fərqlidir. Çünki mən sizinlə mən olmuşam. Çünki məni Dr.Səbinə Mirzəyeva edən siz olmusunuz. Çünki siz mənim tibbdəki imzamsınız. Siz mənə, mənsə sizə arxalanaraq, bütün problemlərə birgə sinə gərmişik, istənilən maneələri birgə dəf etmişik və bütün riskli vəziyyətlərdən birgə üzüağ çıxmışıq. Siz bu gün ona görə xoşbəxtsiniz ki, suallarla, şübhələrlə dolu günlər artıq geridə qalıb və siz öz sapsağlam körpələrinizə qovuşmusunuz. Mən isə ona görə xoşbəxtəm ki, bu gün siz hamınız yenə də mənim yanımdasınız”.

Dr.Səbinə Mirzəyeva pasiyenti olan əksər qadınların yalnız ana olana qədər deyil, hətta ana olduqdan illər sonra belə onunla isti münasibəti qoruduqlarına görə özünü xoşbəxt həkim adlandıraraq, hamının bayramını təbrik edib:

“Əgər bu isti münasibətlərimizin təməlini atmaqda cəhd edən tərəflərdən biri mən olmuşamsa, digəri də siz olmusunuz. Buna görə sizə sonsuz təşəkkürlərimi bildirirəm. Sizin çoxluğunuz, mənim vaxtımın azlığı səbəbilə illərin necə keçdiyini hiss etməyə macal tapmasam da, bir filmə, bir kitaba, bir ömürə sığmayacaq illəri geridə qoyduğumuzun fərqindəyəm. Şən və pozitiv, xoş və mənalı, unudulmaz və dəyərli anlarla yadda qalan 2017-ci ilin bizimlə vidalaşmasına, yarım qalan arzularımızın davamını görmək istədiyimiz, övladlarımızın uğur yüksəkliklərinin şahidi olacağımız 2018-ci ilin qapımızı döyməsinə sayılı günlər qalıb. Bu üzdən üzümüzə gələn yeni ilə yüksək əhval-ruhiyyə və enerji dolu pozitiv düşüncələrlə qədəm qoymağınızı arzu edirəm. Övladlarınızla bağlı beyninizdə qurduğunuz bütün planlar və ürəyinizdə götür-qoy etdiyiniz ən böyük xəyallar belə gerçəkliyə qovuşsun”.

Dr.Səbinə Mirzəyevanın zalda böyük alqış sədaları altında qarşılanan çıxışından sonra qonaqlar üçün təşkil olunmuş maraqlı şouproqram başlayıb, sonra isə cizgi filmi nümayiş olunub. Mərasimdə iştirak edən qonaqlar Dr.Səbinə Mirzəyevanın 2017-ci ildə göstərdiyi fəaliyyəti ilə bağlı statistik məlumatları əks etdirən xüsusi fotoafişalarla tanış olublar. Körpələrin və hətta onların valideynlərinin hər biri maraqlı hədiyyələr və unudulmaz xatirələrlə zalı tərk ediblər.

Xatırladaq ki, Dr.Səbinə Mirzəyeva hazırda “Baku Medical Plaza” klinikasında cərrah mama-ginekoloq vəzifəsində çalışır.

O, 2012-ci ildə Almaniyanın Hamburq şəhərində yerləşən Eppendorf Universitetinin mama-ginekologiya kafedrasında “YÜKSƏK RİSKLİ HAMİLƏLİK VƏ DOĞUŞ” üzrə təhsil proqramına yiyələnib.

Ağrısız doğuş, qeysəriyyə kəsiyi, histeroskopik, laparoskopik, ginekoloji estetik və uroginekoloji əməliyyatlar üzrə peşəkar həkim kimi fəaliyyət göstərən Dr.Səbinə Mirzəyeva illərlə ana olmaq arzusu ilə yaşayan qadınların müalicəsi ilə də məşğuldur.

50GB mobil internet hədiyyəli ən yeni model iPhone 13 smartfonları artıq Azercell Eksklüziv mağazalarında!
50GB mobil internet hədiyyəli ən yeni model iPhone 13 smartfonları artıq Azercell Eksklüziv mağazalarında!
"LinkedIn" sosial şəbəkəsi bu ölkədə işləməyəcək
"LinkedIn" sosial şəbəkəsi bu ölkədə işləməyəcək
Məktəblilər arasında “AZERCELL CUP” proqramlaşdırma üzrə müsabiqənin final mərhələsi baş tutub (FOTO)
Məktəblilər arasında “AZERCELL CUP” proqramlaşdırma üzrə müsabiqənin final mərhələsi baş tutub (FOTO)
Loading Bars
Xəbər lenti
BMT Təhlükəsizlik Şurası Haitidəki missiyanın müddətini uzadıb
Türkiyə Suriyadakı terrorçulara qarşı bütün lazımi addımları atacaq - Ərdoğan
Türkiyədə son sutkada koronavirusdan 25 513 nəfər sağalıb
FIFA Əfqanıstandan 100 nəfəri təxliyə edib
Messisiz PSJ "Anje" üzərində qələbə qazandı
Şəmkirdə birmərtəbəli ev yanıb
Böyük Britaniyada deputatı kilsədə bıçaqlanaraq öldürülüb
İrandan Ermənistana, oradan isə Avropaya gedən narkotik marşrutunun qarşısı Azərbaycan tərəfindən alındı - Deputat
Zəfər xronikası 16 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsi (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 16 oktyabr
Dağıstanda avtobus minik avtomobili ilə toqquşub, ölənlər var
Dövlət Əmək Müfəttişliyi Xidməti: 18 oktyabr iş günüdür
Bitkoinin qiyməti 60 min dolları keçib
Türkiyədə 2 PKK terrorçusu zərərsizləşdirilib
"Formula 1" üzrə növbəti Azərbaycan Qran Prisinin keçiriləcəyi tarix bəlli oldu
İranda son sutkada 197 nəfər koronavirusdan ölüb
Ermənistan yalan məlumatlar yayaraq növbəti təxribatlarına zəmin yaratmağa çalışır - MN
Azərbaycanın iqtisadi artım sürəti 4,8 faizə çatıb
Daha 23 ölkənin vətəndaşlarının təyyarə ilə Azərbaycana giriş-çıxışına icazə verildi
Prezident İlham Əliyev "Müstəqillik Günü haqqında" Qanunu imzaladı
Ceyhun Bayramov Fransa nümayəndə heyəti ilə görüşüb (FOTO)
Mədəniyyət naziri Anar Kərimov “Anadolu” Agentliyinə müsahibə verib (VİDEO)
Bakıda Nizami Gəncəvinin 880 illiyinə həsr olunan işıq festifalı keçirilir (FOTO)
Gəncədə fitosanitar monitorinqlər aparılıb
Böyük Britaniya ilə sosial sahədə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub (FOTO)
Seçicilərlə görüşü zamanı bıçaqlanan britaniyalı deputat öldü (ƏLAVƏ OLUNUB)
Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir (VİDEO)
AQTA daha iki müəssisədə nöqsanlar aşkarladı
Oktyabrın 18-nə USD/AZN rəsmi məzənnəsi
Multikulturalizm Mərkəzində müstəqilliyin bərpası günü qeyd edilib (FOTO)
"Azəriqaz"da payız-qış rejiminə hazırlıq işləri yekunlaşıb - Ruslan Əliyev
Milli parkın ərazisində ov edən şəxslər 4 min manat cərimələndi
Baş direktor "Azəriqaz"a ən çox edilən şikayətlərdən danışdı
“Old Spice” və “Neftçi” tərəfdaşlıq haqda müqavilə imzalayıb
Noyabrda neçə gün iş olmayacaq?
Rusiyadan idxal olunan 70 tona yaxın toxumluq kartof məhv edilib
Bakı və Abşeron ərazisi 2023-cü ildə tam qazlaşdırılacaq
Əfqanıstanda partlayışda ölənlərin sayı 60-ı keçdi
BDU-nun professoru vəfat edib
Bakıda keçiriləcək Beynəlxalq Biznes Forumla bağlı mətbuat konfransı keçirilib (FOTO)
Yevlaxda "patı" satan dəstə yaxalandı
Dayanma-durma qaydalarını pozan sürücülərə qarşı reyd keçirilib (FOTO)
Zaqatala və Balakəndə qanunsuz ağac kəsilməsilə bağlı cinayət işi başlandı
Gözlənilən hava şəraiti barədə XƏBƏRDARLIQ
ADU-nun qonağı olan pakistanlı rektor Şamaxıda olub, şəhid ailəsi ilə görüşüb (FOTO)
Düşənbədə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib (FOTO)
Kamran Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb
Qarabağa ilk konteyner blok qatarı yola salınıb (FOTO/VİDEO)
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı "online" qəbul zamanı səsləndirilən müraciətlə yerində tanış olub (FOTO)
Sosial mənzil almaq istəyənlərin pulunu mənimsəyən qadının işi məhkəməyə göndərildi
Ərdoğan Türkiyə ilə Azərbaycan arasında yeni qaz sazişini şərh edib
Mətbuat Şurasında intiharla bağlı xəbərlərin mediada işıqlandırılması müzakirə edilib (FOTO)
Ermənistanın ekoloji terroru nəticəsində regionda ekoloji tarazlıq pozulub - Deputat
Abşeronda şəhidlərə il mərasimi keçirilib (FOTO)
Zakir Həsənov Fransa nümayəndə heyəti ilə görüşüb (FOTO)
Ələt qəsəbəsində Vətən müharibəsi şəhidi Cavanşir Əhmədovun anım mərasimi keçirilib (FOTO)
Şəmkirdə şadlıq sarayının rəhbəri cəzalandırılıb
Baş prokuror Kamran Əliyev Gürcüstana səfər edib (FOTO)
Koronavirusa yoluxan körpələrdə hansı simptomlar olur? - AÇIQLAMA
Əlilliyi olan şəxslər 35,6 min reabilitasiya vasitəsi ilə təmin edilib
Bakıda ər arvadını qətlə yetirdi
Uşaqlara peyvəndlər mütləq vurulmalıdır - Mütəxəssis
Azərbaycanda ilk təhsilyönümlü əyləncə parkı açıldı (FOTO)
Azərbaycanda yeni doğulan körpələr arasında COVİD-19-a yoluxma halı aşkarlanıb
Yeni doğulan uşaqlar arasında ölüm hallarının səbəbləri açıqlanıb
“Samur” postunda niyə sıxlıq yaranıb? - AÇIQLAMA
Bakı metrosunun aldığı daha bir yeni nəsil qatar əsaslı təmirə dayandı (FOTO)
AQTİ beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir
Prezident İlham Əliyev: Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır, ümidvarıq ki, Ermənistan rəhbərliyi bu tarixi şansı əldən verməyəcək
Azərbaycan qazı Avropanın qaz idxalının azalmasını kompensasiya edib
Azərbaycanda vərəmin ən çox yayıldığı bölgələr açıqlanıb
İlahiyyat İnstitutunda Yeni Azərbaycan Partiyasının özək təşkilatının sədri seçilib (FOTO)
Bir qrup şəhid ailəsi və müharibə əlilinə mənzil verilib (FOTO)
Kaspersky: kiberbullinq hallarının təxminən üçdə birində insanlar təcavüzkarı şəxsən tanıyırlar
AzTU-da növbəti tədris laboratoriyasının açılışı olub (FOTO)
Azərbaycan və Litva arasında məşğulluq sahəsində təcrübə mübadiləsi aparılıb (FOTO)
Gələn həftə qar yağacaq - Xəbərdarlıq
50GB mobil internet hədiyyəli ən yeni model iPhone 13 smartfonları artıq Azercell Eksklüziv mağazalarında!
NEQSOL Holding, ADA Universitetinin Qazax Seminariyasının bərpası layihəsinə dəstək verəcək (FOTO)
Bakı Ali Neft Məktəbinin tələbəsi: Belə bir tarixi şəxsiyyətin adını daşıdığıma görə qürur duyuram!
Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 850 nəfər COVID-19-a yoluxub, 14 nəfər vəfat edib
Hesab.az-dan növbəti hədiyyə dolu kampaniya
Kür çayına nərə balıqları buraxılıb (FOTO)
“Məşğulluq marafonu” çərçivəsində 1000-ə yaxın şəxsin məşğulluğu təmin olunub
Əfqanıstanda məscid partladılıb - Onlarla həlak olan var
Ermənistan dəfn mərasimində dinc insanları bombalamaqla faşist mahiyyətini göstərdi – Tərtər terrorunun qurbanları (FOTO/VİDEO)
Unibankda mikro kreditlərin 25%-i avtomatlaşdırılmış sistemlə ayrılır
Azərbaycanın daha böyük uğurları və nailiyyətləri hələ qarşıdadır - Səttar Möhbalıyev
Rusiya sülhməramlıları Qarabağda atəşkəs rejiminin qarantıdır – Putin
Rəqabətli və davamlı təhsil prinsipləri əsas götürülməli, formal təhsildən tamamilə uzaqlaşmalıyıq - Könül Nurullayeva
Pambıq yığımına 430 kombayn cəlb ediləcək (FOTO)
Prezident İlham Əliyev: Ermənistan Şuşa şəhərində işğala qədər mövcud olan 17 məscidin 16-sını dağıdıb
Prezident İlham Əliyev: Biz ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara başlamağa hazırıq
18 Oktyabr - Müstəqilliyin Bərpası Günü iş günü sayılacaq
Məşğulluq proqramı çərçivəsində işlə təmin olunma 6-9 ay çəkir - Agentlik
Prezident İlham Əliyev: Ermənistan minalanmış sahələrin tam xəritələrini bizə verməkdən imtina edir
Qanuna dəyişikliklər ali təhsilə əlçatanlığı artıracaq - Komitə sədri
Azərbaycanda işsiz şəxslərlə bağlı yeni konsepsiya hazırlanıb
Prezident İlham Əliyev: Ermənistan təqribən 30 il müddətində İranla əlbir olaraq Azərbaycanın keçmiş işğal altında olan ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib
Bütün xəbərlər