...

BDU-da 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 18 Yanvar 2018 15:00 (UTC +04:00)
Bakı Dövlət Universitetində (BDU) 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib.
BDU-da 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Dövlət Universitetində (BDU) 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, əvvəlcə universitetin həyətindəki Şəhidlər abidəsinin qarşısına gül dəstələri düzülüb, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Rektor, akademik Abel Məhərrəmov 1990-cı ilin 20 Yanvar faciəsinin tariximizin şərəf və qəhrəmanlıq səhifəsi olduğunu, keçmiş sovet imperiyasının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktının insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu, amma imperiyanın qanlı əməllərilə Azərbaycan xalqının azadlıq hərəkatını boğa bilmədiyini söyləyib. 20 Yanvarın müstəqillik tariximizdə xalqımızın cəsarətli addımlarını əks etdirən səhifələrdən biri olduğunu deyən rektor faciəyə ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini, faciə qurbanlarının xatirəsinin hər il dövlət səviyyəsində anıldığını, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb.

20 Yanvar hadisələrində Bakı Dövlət Universitetinin də şəhidlər verdiyini deyən rektor qəhrəman oğul və qızlarımızın xatirəsinin yaddaşlardan silinməyəcəyinivurğulayıb.

Sonra İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev, şəhid atası, Sosiologiya kafedrasının müdiri, professor İzzət Rüstəmov və tələbələr adından Biologiya fakültəsinin SABAH qrupları tələbəsi Vəfa Mürsəlzadənin çıxışları dinlənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti