Bakı. Ləman Zeynalova -Trend:
Azərbaycan Rusiya tərəfi ilə birgə Yapon dənizində itən gəmidə Azərbaycan vətəndaşının olub-olmamasını araşdırır.
Bu barədə özəl olaraq Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, vəziyyətlə bağlı əlavə məlumat veriləcək.
Rusiya Fövqəladə Hallar Nazirliyindən isə Trend-ə deyiblər kİ, gəminin göyərtəsində hansı ölkələrin vətəndaşlarının olduğu hələ məlum deyil.
Qeyd edək ki, Yapon dənizində göyərtəsində 21 nəfər olan balıqçı gəmisi itib. Məlumatlı mənbə RİA Novosti-yə bildirib ki, ekipaj üzvlərindən biri azərbaycanlıdır.