...

Son 10 ildə Azərbaycanda "Böyük çillə" daha mülayim keçir, bəs "Kiçik çillə" necə olacaq?

Cəmiyyət Materials 26 Yanvar 2018 16:15 (UTC +04:00)
Son 10 ildə Azərbaycanda "böyük çilə"nin daha mülayim keçdiyi müşahidə edilir.
Son 10 ildə Azərbaycanda "Böyük çillə" daha mülayim keçir, bəs "Kiçik çillə" necə olacaq?

Bakı. İlhamə Isabalayeva - Trend:

Son 10 ildə Azərbaycanda "Böyük çillə"nin daha mülayim keçdiyi müşahidə edilir.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli deyib.

Əvvəllər "Böyük çillə"yə aid olan yanvar ayının daha soyuq keçdiyini deyən A.Əhmədli bildirib ki, dekabrın 22-dən başlayan və 40 gün davam edən "Böyük çillə" fevralın 1-də yekunlaşacaq. Həmin tarixdən isə "Böyük çillə"yə nisbətən daha soyuq sayılan "Kiçik çillə" başlayacaq.

AMEA-nın Coğrafiya İnstitutundan isə Trend-ə bildirilib ki, “Böyük çillə" adlanan dövrdə hava tədricən soyusa da, kəskin soyuqlar müşahidə edilmir. Eyni zamanda, güclü küləklər olsa da, onların intensivliyi az olur. Fevralın 1-dən 20-dək davam edən "Kiçik çillə"də isə hava daha soyuq olur:

"Həqiqətən də "Kiçik çillə" "Böyük çillə"yə nisbətən həmişə daha sərt olması ilə diqqəti cəlb edir. Lakin "Kiçik çillə"nin daha soyuq olduğu bildirilsə də, bu, elmi əsaslara söykənmir. Çilələrdə havaların necə keçməsi ilə bağlı fikirlər sadəcə, xalq müşahidələrinin nəticələridir. Qışın "Böyük" və "Kiçik" çillələrinin olması məsələsi yalnız Azərbaycan xalqı üçün xarakterikdir. Başqa xalqlarda qış bu formada mərhələlərə bölünmür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti