...

Nazir: Hava limanlarında "ASAN Viza"nın tətbiqi prosesin şəffaf həyata keçirilməsinə yönəlib

Cəmiyyət Materials 2 Fevral 2018 12:01 (UTC +04:00)
Hava limanlarında "ASAN Viza"nın tətbiqi prosesin şəffaf həyata keçirilməsinə yönəlib.
Nazir: Hava limanlarında "ASAN Viza"nın tətbiqi prosesin şəffaf həyata keçirilməsinə yönəlib

Bakı. İlhamə İsabalayeva - Trend:

Prezident İlham Əliyevin Azərbaycanın beynəlxalq hava limanlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında verdiyi fərman ölkədə turizmin inkişafına yönəlmiş addımdır.

Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Onun sözlərinə görə, Azərbaycanda "ASAN Viza" sisteminin tətbiqi ilə əlaqədar son zamanlar ölkəmizə gələn qonaqların sayı xeyli artıb:

"Vizanın 3 saat müddətində verilməsi, demək olar, bütün maneələri aradan qaldırdı. Hesab edirik ki, Prezidentin hava limanlarında, sərhədlərdə məhz "ASAN Viza" sisteminin tətbiqi ilə bağlı verdiyi qərar bu prosesin burada da daha mütəşəkkil, şəffaf həyata keçirilməsinə, qonaqların gəlişinin asanlaşdırılmasına yönəlib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovla tədris ocaqlarının məzunlarının da bu işə cəlb olunması məsələsi gündəlikdədir".

Qeyd dedək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikası Prezidentinin aktlarında və Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələrində nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi "ASAN Viza” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında vizaların "ASAN Viza” sistemi vasitəsilə verilməsini, habelə viza ilə əlaqədar ödənişlərin "ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirilməsini təmin etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti