...

TRT Bakı nümayəndəliyinin rəhbəri "Beynəlxalq Jurnalistika Məktəbi"ndə olub (FOTO)

Cəmiyyət Materials 19 Aprel 2018 16:52 (UTC +04:00)
"Beynəlxalq Jurnalistika Məktəbi"nin növbəti təlimi keçirilib.
TRT Bakı nümayəndəliyinin rəhbəri "Beynəlxalq Jurnalistika Məktəbi"ndə olub (FOTO)

Bakı. Trend:

"Beynəlxalq Jurnalistika Məktəbi"nin növbəti təlimi keçirilib.

Bakı Dövlət Universitetindən Trend-ə verilən məlumata görə, layihənin budəfəki görüşü "Müasir TV jurnalistikasında xəbər standartları" mövzusunda baş tutub.

Layihə rəhbərlərindən olan, Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev təlimçi, TRT-nin Bakı nümayəndəliyinin rəhbəri Murat Akkoça Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin tarixi, inkişafı və müasir durumu ilə bağlı məlumat verərək görüşü açıq elan edib. Daha sonra M.Akkoç TRT-nin formalaşması, onun Türkiyə televiziya məkanında yeri və rolu, bugünkü vəziyyəti, yenilikləri ilə bağlı iştirakçılara bilgi verib.

TRT-nin müxtəlif qurumlarının fəaliyyətindən danışan təlimçi tələbələrlə TV jurnalistikası, onun əsasları və xəbərlər-verilişlərin standartları haqqında da söhbət edib. O, həmçinin iştirakçılarla öz təcrübəsini və Türkiyədəki yeni medianın özəlliklərini bölüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti