...

Müəllimlərin maaşları artırılacaq

Cəmiyyət Materials 26 May 2018 12:32 (UTC +04:00)
"Ümumtəhsil və peşə təhsil müəllimlərinin bilik və bacarıqlarının diaqnoştik qiymətləndirilmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqısı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcək".
Müəllimlərin maaşları artırılacaq

Bakı. Samir Əli - Trend:

"Ümumtəhsil və peşə təhsil müəllimlərinin bilik və bacarıqlarının diaqnoştik qiymətləndirilmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqısı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcək".

Trend-in məlumatına görə, bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin rəhbəri Murad Camalzadə bildirib.

M.Camalzadə bildirib ki, bu qiymətləndirmədə ötən il keçirilən diaqnostik qiymətləndirmədə iştirak edən müəllimlər də iştirak edir: "Həmin müəllimlər yenidən bilik və bacarıqlarını yoxlamaq üçün bu dəfəki qiymətləndirməyə qatılır, özlərini yenidən sınayırlar".

Qeyd edək ki, bu gün Azərbaycan Texniki Universitetində ümumtəhsil və peşə təhsil müəllimlərinin bilik və bacarıqlarının diaqnoştik qiymətləndirməyə start verilib.

İbtidai sinif müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi 26-27 may, digər fənləri tədris edən müəllimlərin diaqnostik qiymətləndirilməsi isə 29 may-2 iyun tarixlərində keçiriləcək.

Diaqnostik qiymətləndirmədə respublikanın ümumi təhsil müəssisələrində çalışan 19 min nəfər müəllimin iştirak edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti