...

SOS Uşaq Kəndində tibbi maarifləndirmə tədbiri (FOTO)

Cəmiyyət Materials 30 May 2018 18:02 (UTC +04:00)

Bakı. Trend:

Prezident yanında Bilik Fondunun "Tibbi maarifləndirmə" proqramı çərçivəsində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təcili və təxirəsalınmaz yardım üzrə eksperti Malik Abbasovun iştirakı ilə SOS Uşaq Kəndində “Təxirəsalınmaz ilkin tibbi yardım haqqında əsas bilgilər” mövzusunda tədbir keçirilib.

Bilik Fondundan Trend-ə verilən məlumata görə, tədbirdə həkim-mütəxəssis xüsusi manikendən istifadə etməklə, tənəffüs dayandığı halda süni nəfəs verilmə və ürəyin qapalı masajının düzgün icra qaydalarını iştirakçıların nəzərinə çatdırıb.

Belə vəziyyətdə ürəyin yerinin təyin olunması, masaj zamanı əllərin döş qəfəsi üzərində düzgün yerləşdirilməsi, eləcə də digər zəruri addımlar mütəxəssis tərəfindən aydın izah edilib. Döş qəfəsinin ağrıları, zədələnmələri və yaralanmaları, o cümlədən tənəffüs yoluna yad cismin düşməsi zamanı göstəriləcək ilk yardım qaydaları SOS Uşaq Kəndinin analarına, əməkdaşlarına və uşaqlarına təqdim olunub.

Həkim mütəxəssis iştirakçıların suallarını cavablandırıb və onlara İSİM-in hazırladığı bukletləri təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti