...

Özünüməşğulluq proqramı üzrə artıq 3500-dən çox vətəndaşın biznes-planı müsbət qiymətləndirilib

Cəmiyyət Materials 2 Avqust 2018 15:39 (UTC +04:00)
Onların təxminən 75 faizi kənd təsərrüfatı, qalanları xidmət, istehsal və s. sahələrini əhatə edir.
Özünüməşğulluq proqramı üzrə artıq 3500-dən çox vətəndaşın biznes-planı müsbət qiymətləndirilib

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən işaxtaran və işsiz şəxslərin özünüməşğulluq proqramına cəlb olunması işləri davam etdirilir.

ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, bu il proqrama cəlb olunmaq üçün müraciət edən şəxslər arasından özünüməşğulluq potensialına malik 5,7 mindən çox işaxtaran və işsiz şəxs kiçik biznesin təşkili üzrə təlim kurslarına cəlb edilib. Təlim kurslarını bitirmiş şəxslərdən 3,8 minə yaxın şəxsin biznes-planlarının qiymətləndirilməsi həyata keçirilib.

Biznes ideyasının reallaşdırılmasına hazırlıq, peşəkarlıq və təcrübə, motivasiya meyarları əsasında aparılan qiymətləndirmə nəticəsində artıq 3,5 mindən çox vətəndaşın biznes-planı müsbət qiymətləndirilib. Onların təxminən 75 faizi kənd təsərrüfatı, qalanları xidmət, istehsal və s. sahələrini əhatə edir.

Uğurlu hesab edilən biznes-planlar üzrə işaxtaran və işsiz vətəndaşların ailə təsərrüfatlarının formalaşdırılması üçün onlara yaxın vaxtlarda aktivlər (mal və materiallar) təmin ediləcək.

Cari il ərzində 7 minədək şəxsin özünüməşğulluq proqramına cəlb olunması planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti