Bakı. İlhamə İsabalayeva – Trend:
Azərbaycan Sinqapur, Malayziya, İndozeniyadan turist cəlb etmək, Pakistandan gələn turistlərin sayını isə artırmaq istəyir.
Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.
Onun sözlərinə görə, bu ölkələrin, xüsusilə İndoneziyanın turistləri Azərbaycana böyük maraq göstəririlər.
N.Bağırov qeyd edib ki, hazırda Sinqapur, Malayziya, İndozeniya, Pakistandan Azərbaycana turist çəlb etmək üçün təbliğat işləri aparılır: "Eyni zamanda, oktyabrın sonunda Malayziyanın böyük Turizm Assosiasiyası ilə qarşılıqlı əməkdaşlığın qurulması üçün memorandum imzalanacaq. Daha sonra isə Azərbaycanın turizm potensialı Sinqapurda böyük turizm sərgisində təbliğ ediləcək".
Assosiasiya sədri onu da əlavə edib ki, hazırda Azərbaycanla adıçəkilən ölkələr arasında birbaşa aviareys yoxdur:
“Ümid edirəm ki, 2019-cu ildə Asiya ölkələrinə, eləcə də Hindistan və Pakistana birbaşa reyslər olar. Çünki artıq maraq var və bu marağın olmasını nəzərə almaq faydalı olar".