...

Sosial işçilər üçün təlimlər keçirilir (FOTO)

Cəmiyyət Materials 26 Oktyabr 2018 15:46 (UTC +04:00)
“2016-2020-ci illərə dair Əməkdaşlıq Proqramı” çərçivəsində sosial işçilərin bilik və peşəkarlıq səviyyələrinin artırılması üçün “Sosial işin əsasları” mövzusunda növbəti təlimlərə başlanılıb.
Sosial işçilər üçün təlimlər keçirilir (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı Nümayəndəliyinin “2016-2020-ci illərə dair Əməkdaşlıq Proqramı” çərçivəsində sosial işçilərin bilik və peşəkarlıq səviyyələrinin artırılması üçün “Sosial işin əsasları” mövzusunda növbəti təlimlərə başlanılıb.

ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, üç gün davam edəcək ilk təlim məşğələsinə Bakı, Sumqayıt şəhərləri, Abşeron və Zəngilan rayonları üzrə 18 sosial işçi cəlb olunub.

İştirakçılara sosial xidmətlər, sosial müdafiəyə ehtiyacı olan şəxslərin (əlilliyi olan şəxslərin, ailə mühitindən məhrum olmuş uşaqların, tənha ahılların, aztəminatlı ailələrin və b.) cəmiyyətə inteqrasiyasının bərpa edilməsi, sosial və psixoloji ehtiyaclarının müəyyənləşdirilməsi və s. sahələrdə qabaqcıl beynəlxalq təcrübə öyrədilir. Onlara həmçinin mütərəqqi dünya təcrübəsindən irəli gələn və ölkəmizdə də tətbiqi nəzərdə tutulan, çətin həyat şəraitinə düşmüş insanlara kömək etməyə istiqamətlənmiş çoxşaxəli və geniş fəaliyyəti özündə ifadə edən “Sosial iş” modeli barədə ətraflı məlumatlar verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti