...

Dövlət xəstəxanalarında dərmanların istifadəsinə nəzarət edən məsul şəxs olacaq

Cəmiyyət Materials 27 Oktyabr 2018 11:31 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda dövlət tibb müəssisələrində farmakonəzarət üzrə məsul şəxs müəyyən ediləcək.

Trend-in məlumatına görə, Nazirlər Kabinetinin qərarı ilə bununla bağlı “Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə əlavələr edilib. Bu əlavələrlə həmin müəssisələrin vəzifələri artıb.

Əlavələrə əsasən, müəssisə tərəfindən dərman vasitəsinin effektivliyi və təhlükəsizliyi üzərində dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə dərman vasitələrinin təhlükəsiz istifadəsinin təmin edilməsi üçün Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq, farmakonəzarət üzrə tədbirlər görmək və farmakonəzarət üzrə məsul şəxs müəyyən ediləcək.

Müəssisə dərman vasitələrinin əlavə təsirləri və dərman vasitələrinin istifadəsi zamanı yaranan digər arzuolunmaz nəticələr barədə məlumatları, həmçinin farmakonəzarət üzrə məlumatları və hesabat sənədlərini Səhiyyə Nazirliyinə təqdim edəcək.

Qeyd edək ki, hazırda Azərbaycanda bələdiyyə tibb müəssisələri olmadığı üçün bu yenilik yalnız dövlət tibb müəssisələrinə şamil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti