...

Sənəd itirmisiniz? - 1084 itirilmiş sənəd tapılıb

Cəmiyyət Materials 5 Noyabr 2018 22:08 (UTC +04:00)
“Azərpoçt” MMC-nin “Poçtap” sisitemində 1084 itirilmiş sənəd qeydiyyatdan keçib
Sənəd itirmisiniz? - 1084 itirilmiş sənəd tapılıb

Bakı. Hüseyn Vəliyev - Trend:

"Azərpoçt" MMC-nin "Poçtap" sisitemində 1084 itirilmiş sənəd qeydiyyatdan keçib.

Bu barədə Trend-ə "Azərpoçt"dan bildirilib. Həmin sənədlərdən 339-u sahibinə təhvil verilib.

Tapılan sənədlərin 719-u müvafiq strukturlara verilib, 26-ı isə hələ ki "Azərpoçt"un şöbə və filiallarındadır.

"Poçtap" xidməti Naxçıvan Muxtar Respublikası da daxil olmaqla bütün ölkə ərazisində "Azerexpresspost" poçt-ekspres xidməti vasitəsi ilə itirilmiş sənədlərin vaxtında çatdırılmasını təmin edir.

Tapılan sənədlər barədə məlumatları xidmətin 169 nömrəli telefonuna zəng etməklə və ya "pochtap.az" saytı vasitəsilə əldə etmək olar.

İtirilmiş sənədlər "Poçtap" sistemində 30 gün müddətində qala bilər. Daha sonra onlar müvafiq strukturlara təhvil verilməlidir.

Məlumat üçün bildirək ki, "Poçtap" xidməti çərçivəsində sənədi tapılan şəxslər 1.80 AZN xidmət haqqı ödəyərək, sənədi poçt şöbələrindən və "Şəbəkə" xidmət mərkəzlərindən təhvil ala bilərlər. Sənədin hər hansı ünvana çatdırılması lazım gəldikdə isə, çatdırılma rüsumu "Azərekspresspoçt"un xidmət tariflərinə uyğun hesablanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti