...

Səhiyyə Nazirliyi İcbari Tibbi Sığorta Agentliyinə təkliflər göndərib

Cəmiyyət Materials 27 Noyabr 2018 18:49 (UTC +04:00)
Səhiyyənin inkişafı ölkə başçısının apardığı sosial yönümlü siyasətin ən prioritet istiqamətlərindən biridir.
Səhiyyə Nazirliyi İcbari Tibbi Sığorta Agentliyinə təkliflər göndərib

Bakı. İlhamə İsabalayeva - Trend:

Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən səhiyyə sisteminin növbəti illərdə inkişaf istiqamətlərinə dair hazırlanmış təkliflər İcbari Tibbi Sığorta Agentliyinə göndərilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, son 10 il ərzində bu sahədə çox əhəmiyyətli qanunvericilik bazası yaradılıb, dövlət proqramları qəbul edilib, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnika və texnologiyaların tətbiqi, köklü kadr islahatları kimi geniş miqyaslı tədbirlər həyata keçirilib:

"Səhiyyə sahəsində mövcud inkişaf tendensiyaları Azərbaycanda səhiyyənin daha da gücləndirilməsi və qabaqcıl səhiyyə sistemlərindən birinə çevrilməsi zərurətini yaradır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti