...

Bakıda REYD - 30-dan artıq sürücü saxlanıldı (FOTO)

Cəmiyyət Materials 13 Dekabr 2018 10:27 (UTC +04:00)
Sabunçu rayonunda kobud qayda pozuntuları törədən sürücülərə qarşı reyd keçirilib
Bakıda REYD - 30-dan artıq sürücü saxlanıldı (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Sabunçu Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindənyol hərəkəti təhlükəsizliyini daha da səmərəli təşkil etmək, sürücü və sərnişinlər arasında maarifləndirmə işinin gücləndirilməsi, kobud qayda pozuntuları törədən sürücülərin aşkar edilməsi istiqamətində maarifləndirici və profilaktik tədbir keçirilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbir zamanı nəqliyyat vasitələrini sərxoş vəziyyətdə idarə edən, avtomobildə konstruksiya dəyişikliyinə yol verən 30-dan artıq sürücü müəyyən edilərək saxlanılıb. Həmin nəqliyyat vasitələrinin sahibləri barəsində protokol tərtib edildikdən sonra avtomobillər mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.

Kobud qayda pozan sürücülər inzibati qaydada məsuliyyətə cəlb edilməklə bərabər, polislər tərəfindən onlarla maarifləndirici söhbətlər aparılıb. Sabunçu, eləcə də paytaxtın digər rayonlarında analoji tədbirlər bundan sonra da davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti