...

BDU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 27 Dekabr 2018 20:29 (UTC +04:00)
Bakı Dövlət Universitetində professor-müəllim və tələbə heyətinin iştirakı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.
BDU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Dövlət Universitetində (BDU) professor-müəllim və tələbə heyətinin iştirakı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin universitetin foyesində qoyulmuş büstü önünə gül dəstələri düzüblər.

Təhsil Nazirinin müavini, Universitetin rektoru vəzifəsini icra edən Firudin Qurbanov tədbir iştirakçılarını 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb. F.Qurbanov bu əlamətdar tarixin qeyd olunmasında Ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışaraq bildirib ki, ulu öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycan Respublikası dünya azərbaycanlılarının mənafe və maraqlarının təminatçısı olduğunu bəyan edib, xaricdə yaşayan azərbaycanlılarla məqsədyönlü iş aparılmağa başlanılıb. Prezident İlham Əliyevin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrikini xatırladan F.Qurbanov ölkəmiz haqqında obyektiv məlumatların yayılması, dövlət və milli maraqların qorunması istiqamətində görülən işlərə diqqət çəkərək xalqımızın parlaq gələcəyinə əminliyini vurğulayıb.

Daha sonra Milli Məclis sədrinin birinci müavini, professor Ziyafət Əsgərov Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi əhəmiyyətindən, xarici ölkələrdə yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşmələrindən və bununla bağlı uğurlu dövlət siyasətindən danışıb.

Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev isə Həmrəylik Gününün tarixindən bəhs edərək, bu əlamətdar bayramın dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsində xüsusi roluna diqqət çəkib.

Sonda Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar hazırlanmış filmin nümayişi olub və tədbir BDU-nun özfəaliyyət kollektivinin təqdimatında bədii hissə ilə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti