...

BƏT Azərbaycanda gənclərin məşğulluğu üzrə aparılan işi yüksək qiymətləndirir

Cəmiyyət Materials 23 Yanvar 2019 15:29 (UTC +04:00)
Azərbaycan gənclərin iş yerləri təmin olunmasına böyük əhəmiyyət verir
BƏT Azərbaycanda gənclərin məşğulluğu üzrə aparılan işi yüksək qiymətləndirir

Bakı. Taleh Mursaqulov - Trend:

Azərbaycan gənclərin iş yerləri təmin olunmasına böyük əhəmiyyət verir.

Trend-in məlumatına görə, bu barədə Bakıda keçirilən “Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər” konfransında Beynəlxalq Əmək Təşkilatının (BƏT) baş direktoru Qay Rayderin iştirakçılara ünvanlanmış müraciətində deyilir.

Müraciəti BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə ofisinin rəhbəri Olqa Kulayeva oxuyub. Qeyd olunur ki, Azərbaycan əhalisinin əksəriyyəti gənclərdir və gələcəkdə onlar üçün əlverişli şərait yaratmaq lazımdır:

“Biz əmək bazarında indiki vəziyyətdə əlverişli şərait yaratmalıyıq. Əks halda bu, dünyada iş yerlərinin kəskin azalmasına gətirib çıxaracaq. Hesab edirəm ki, bizim üçün ən vacib məsələlərdən biri əmək bazarını müasir dünyanın tələblərinə uyğunlaşdırmaq lazımdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti