...

Agentlik rəsmisi: İşəgötürənlərin stimullaşdırılması ilə bağlı mexanizm hazırlanır

Cəmiyyət Materials 23 Yanvar 2019 13:46 (UTC +04:00)
Hazırda Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən peşə təhsili ilə bağlı bu yaxınlarda qəbul edilən strateji yol xəritəsinə uyğun olaraq işəgötürənlərin stimullaşdırılması ilə bağlı mexanizm hazırlanır.
Agentlik rəsmisi: İşəgötürənlərin stimullaşdırılması ilə bağlı mexanizm hazırlanır

Bakı. İlhamə İsabalayeva - Trend:

Hazırda Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən peşə təhsili ilə bağlı bu yaxınlarda qəbul edilən strateji yol xəritəsinə uyğun olaraq işəgötürənlərin stimullaşdırılması ilə bağlı mexanizm hazırlanır.

Trend-in məlumatına görə, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Zamin Bədirxanov "Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu mexanizm peşə və peşə təlimi müəssisələri ilə əməkdaşlıq edən işəgötürənlərə şamil olunacaq.

Z.Bədirxanov qeyd edib ki, güzəştlərin işəgötürənlərin əməkdaşlıq səviyyəsindən asılı olaraq edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ötən il Azərbaycanda ilk dəfə olaraq “Peşə təhsili haqqında” qanun qəbul edilib. Qanunda peşə təhsili üzrə işəgötürənlərin stimullaşdırılması ilə bağlı maliyyə, hüquqi və digər sahələr üzrə güzəştlərin verilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti