Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycanda əlilliyi olan şəxslərin dövlət peşə təhsili müəssisələrində təhsil haqqı dövlət büdcəsi hesabına ödəniləcək.
Trend-in məlumatına görə, bununla bağlı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik edilir.
Qanunun 20-ci (Əlilliyi olan şəxslərin təhsili və peşə hazırlığı) maddəsinə edilən dəyişikliyə əsasən, əlilliyi olan şəxslərin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Qanuna dəyişiklik müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə edilib.