...

Millət vəkili sağlamlıq imkanları məhdud olan uşaqları Novruz bayramı münasibətilə təbrik edib (FOTO)

Cəmiyyət Materials 19 Mart 2019 12:04 (UTC +04:00)
Martın 19-da Xəzər rayonunun Şüvəlan qəsəbəsində fəaliyyət göstərən Sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 saylı Respublika xüsusi internat məktəbində Novruz şənliyi təşkil olunub.
Millət vəkili sağlamlıq imkanları məhdud olan uşaqları Novruz bayramı münasibətilə təbrik edib (FOTO)

Bakı. Trend:

Martın 19-da Xəzər rayonunun Şüvəlan qəsəbəsində fəaliyyət göstərən Sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 saylı Respublika xüsusi internat məktəbində Novruz şənliyi təşkil olunub.

Trend-in məlumatına görə, tədbirdə Milli Məclisin deputatı Rauf Əliyev, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, məktəbin direktoru Vəfa Seyidova, uşaqlar və məktəb kollektivi iştirak edib.

Milli Məclisin deputatı Rauf Əliyev və YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov uşaqları Novruz bayramı münasibətilə təbrik ediblər.

Tədbir zamanı uşaqlara müxtəlf idman ləvazimatları hədiyyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti