...

Bakıda təcili yardım avtomobilinin iştirakı ilə zəncirvari qəza, yaralılar var

Cəmiyyət Materials 14 İyun 2019 21:18 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakıda zəncirvari yol qəzası baş verib.

Trend-in məlumatəna görə, hadisə paytaxtın Heydər Əliyev prospektində baş verib.

"BMW" markalı avtomobil Səhiyyə Nazirliyinin Tədris Cərrahiyyə Klinikasına məxsus təcili yardım avtomobili ilə toqquşub. Hadisə nəticəsində qəza törədən avtomobillər yolda hərəkətdə olan daha iki.maşına çırpılıb.

Hadisə nəticəsində yaralıların olduğu bildirilir.

Hazırda yolda güclü tıxac yaranıb.

Əraziyə yol polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti