...

Tələbələrin köçürülməsi ilə bağlı qeydiyyat başlayıb - Nazirlik

Cəmiyyət Materials 2 İyul 2019 19:08 (UTC +04:00)
Səhiyyə Nazirliyi ölkə daxilində və xaricində ali və orta tibb təhsili müəssisələrində təhsil alan tələbələrə müraciət edib.
Tələbələrin köçürülməsi ilə bağlı qeydiyyat başlayıb - Nazirlik

Bakı. Elçin Mehdiyev - Trend:

Səhiyyə Nazirliyi ölkə daxilində və xaricində ali və orta tibb təhsili müəssisələrində təhsil alan tələbələrə müraciət edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, xarici ölkələrdə və Azərbaycan Respublikasında ali və orta ixtisas tibb təhsili müəssisələrində təhsil alan tələbələrin ixtisasları üzrə Azərbaycan Respublikasında digər təhsil müəssisəsinə köçürülməsi, bərpa olunması məsələləri ilə bağlı müraciətlər, 12.07.2019-cu il tarixinə kimi Səhiyyə Nazirliyinin Kadrlar, elm və təhsil şöbəsinə təqdim olunmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti