...

Təklif: Onkoloji xəstəliklərlə bağlı müəyyən dərmanların apteklərdə açıq satışına icazə verilsin

Cəmiyyət Materials 18 Sentyabr 2019 12:27 (UTC +04:00)
Münasib vaxt çatdıqda “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Təklif: Onkoloji xəstəliklərlə bağlı müəyyən dərmanların apteklərdə açıq satışına icazə verilsin

Bakı. İlhamə İsabalayeva – Trend:

Münasib vaxt çatdıqda “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında çıxış edən komitə sədri Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib ki, mətbuatda bəzi şəkərli diabet xəstələri üçün dərman çatışmazlığı barədə məlumatlara rast gəlinir: “Bunun obyektiv səbəbi var, çünki belə xəstələrin sayı ilbəil artır. İnsanlar arasında ən böyük ölüm yaradan onkoloji xəstəliklərlə bağlı da Milli Məclisdə dinləmələrin keçirilməsi nəzərdə tutulur. Bu sahədə ən böyük problem odur ki, şiş əleyhinə dərmanlar, xüsusilə ən müasir dərmanlarla bağlı çatışmazlıqlar var”.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib ki, onkoloji xidmətlə bağlı maliyyə məsələsinə yenidən baxılmalıdır. Amma xəstələrin sayının artması müasir müalicə vasitələrinin baha olmasına görə əlavə vəsaitin ayrılmasını tələb edir.

Deputat təklif edir ki, onkoloji xəstəlliklərlə bağlı müəyyən dərmanların apteklərdə açıq satışının təşkilinə icazə verilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti