Bakı. Cani Babayeva - Trend:
Müxtəlif ölkələrdən olan çoxsaylı azarkeşlər bədii gimnastika üzrə 37-ci dünya çempionatını maraqla izləyir.
Trend-in məlumatına görə, tribunalarda dostluq mühiti hökm sürür, tamaşaçılar gimnastların yüksək xallarını alqışlarla qarşılayır.
Gimnastları sevindirmək üçün azarkeşlər dəstək sözləri yazılan şüarlar, eləcə də hədiyyələr hazırlayıb.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.
61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.
Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.