...

Ombudsmanın əməkdaşları Ahıllar üçün günərzi qayğı mərkəzində olublar (FOTO)

Cəmiyyət Materials 2 Oktyabr 2019 20:46 (UTC +04:00)
Ombudsmanın Gəncə regional mərkəzinin rəhbəri Səbuhi Abbasov və baş məsləhətçisi Emil Şəmmədli Gəncə şəhərində fəaliyyətə başlayan Ahıllar üçün günərzi qayğı mərkəzini ziyarət ediblər.
Ombudsmanın əməkdaşları Ahıllar üçün günərzi qayğı mərkəzində olublar (FOTO)

Bakı. Trend:

İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Gəncə regional mərkəzinin rəhbəri Səbuhi Abbasov və baş məsləhətçisi Emil Şəmmədli Gəncə şəhərində fəaliyyətə başlayan Ahıllar üçün günərzi qayğı mərkəzini ziyarət ediblər.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, Aparatın əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maiyyə yardımı ilə “Təmas” Regional İnkişaf İctimai Birliyinin nəzdində Gəncə şəhərində fəaliyyətə başlamış Ahıllar üçün günərzi qaygı mərkəzinin şəraiti ilə yerində tanış olub və mərkəzin xidmətlərindən istifadə edən ahıllarla görüşərək vəziyyətləri ilə yaxından maraqlanıb.

Diqqətə çatdırılıb ki, layihənin əsas məqsədi Gəncə şəhərində Ahıllar üçün günərzi qayğı mərkəzinin fəaliyyətinin təmin edilməsi, həmin şəxslərə gündəlik inkişaf xidmətlərinin göstərilməsi, onlara psixoloji dəstəyin və məsləhətlərin verilməsi, maraq və qabiliyyətlərini nəzərə almaqla müxtəlif dərnəklər vasitəsilə özünəxidmət bacarıqlarının artırılması, asudə vaxtlarının təşkili və bunlarla bağlı müxtəlif tədbirlərin təşkil edilməsidir.

Aparatın əməkdaşları ahıllarla görüş zamanı onlara Müvəkkil Elmira Süleymanovanın salamlarını çatdıraraq təsisatının fəaliyyət istiqamətləri, müxtəlif kateqoriyadan olan, o cümlədən də ahıl vətəndaşların hüquqlarının müdafiəsi və diqqətdə saxlanılması sahəsində həyata keçirilmiş işlər barədə ətraflı məlumat veriblər. Bununla yanaşı onlara Ombudsman aparatının nəşri olan bukletlər paylanılıb.

Görüş zamanı mərkəzin xidmətlərindən yararlanan ahıllar göstərilən diqqətə görə Ombudsmana dərin minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti