Uşaqlar arasında ən çox rast gəlinən pozuntular: Görmə zəifliyi, skolioz və danışıq qüsuru

Uşaqlar arasında ən çox rast gəlinən pozuntular: Görmə zəifliyi, skolioz və danışıq qüsuru

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda son illər ərzində uşaqların profilaktik müayinəsi aparılarkən onlarda daha çox görmə qabiliyyətinin zəifləməsi, danışığında qüsurun olması, onurğa sütununda skoliozun aşkarlanması ilə bağlı problemlər aşkarlanır.

Trend-in məlumatına görə, 2018-ci ildə Azərbaycanda 2 milyon 430 min 900 uşaq profilaktik müayinəyə cəlb edilib.

Onların 2000 nəfərində eşitmə qabiliyyətinin, 13400 nəfərində görmə qabiliyyətinin zəif olduğu, 2300 nəfərində danışığının qüsurlu olduğu, 2600 nəfərində skolioz aşkarlanıb.

Qeyd edək ki, sadalanan hallar son illər ərzində uşaqlar arasında ən çox rast gəlinən pozuntu hallarıdır.

2015-ci ildə isə müayinə olunan 2 milyon 412 min 400 uşağın 2000 nəfərində eşitmə, 9100 nəfərində görmə qabiliyyətinin zəif olduğu, 2000 nəfərində danışığın qüsurlu olduğu, 2100 nəfərinin skoliozlu olduğu məlum olmuşdu.

2015-ci ildə qaməti pozulmuş 1200, 2016-cı ildə 1600, 2017-ci ildə 1600 uşaq aşkarlanmışdı.

2016-cı ildə isə müayinə olunan 2 milyon 460 min 400 nəfər uşağın 2200 nəfərində eşitmə qabiliyyətinin, 10 100 nəfərində görmə qabiliyyətinin zəif olduğu, 2500 nəfərində danışığın qüsurlu olduğu, 2800 nəfərin skoliozlu olduğu məlum olmuşdu.
2017-ci ildə Azərbaycanda 2 milyon 457 min 400 uşaq profilaktik müayinə edilib ki, onların 2000 nəfərində eşitmə qabiliyyətinin, 13 300 nəfərində görmə qabiliyyətinin zəif olduğu, 2800 nəfərində danışığının qüsurlu olduğu, 3 000 nəfərində skolioz aşkarlanıb.

Qeyd edək ki, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Qənirə Paşayeva məktəblərdə şagirdlər arasında skolioz və kifoz xəstəliklərinin sayının artmasından narahatlığını bildirib.

Azərbaycan Tibb Universitetinin neyrocərrahlıq kafedrasının əməkdaşı, Tədris Cərrahiyyə Klinikasının neyrocərrahı Cəmil İskəndərov Trend-ə deyib ki, onurğa problemi ilə bağlı hər gün yalnız ona 30-40 nəfər müraciət edir.

Onun sözlərinə görə, uşaqlar üçün düzgün seçilməyən korsetin taxılması skoliozun (onurğa sütununun yana doğru əyilməsi) daha da dərinləşməsinə gətirib çıxarır.
C.İskəndərov bildirir ki, skolioz əməliyyatlarının onurğanın formalaşması tam bitməmiş bir dövrdə - 14-17 yaş aralığında icra edilməsi daha yaxşı olardı. Belə halda əməliyyat sayəsində onurğa əyriliyinin bərpası maksimal dərəcədə mümkündür.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyeva Trend-ə bildirib ki, Azərbaycanda hazırda ümumi oftalmoloji müayinələr zamanı insanlar arasında daha çox refraksiya patologiyası (yaxından görmə, uzaqdan görmə, astiqmatizm və s .) aşkarlanır.

Onun sözlərinə görə, refraksiya patologiyasına uşaqlar arasında daha çox rast gəlinir: "Planşet, telefon və televizorlardan 2 yaşadək uşaqların istifadəsinə məhdudiyyət qoyulmalıdır. Çünki planşetlər, telefonlardan düzgün olmayan şəkildə istifadə edilmə uşaqlarda kompüter görmə sindromuna səbəb olur. Göz xəstəliklərinin profilaktikası üçün düzgün qidalanmaya, kitab oxuma zamanı ara məsafənin 30 sm olmasına xüsusi diqqət yetirilməlidir. Televizoru izləmə məsafəsi optimal şəkildə seçilməli, işığın düşməsinə xüsusi diqqət yetirilməlidir. Ona görə analar həm gələcəyimiz olan körpələrimizi qidalandırmalı, həm də onları gözün profilaktikası üçün digər zərərli vərdişlərdən uzaq tutmalıdırlar".

Milli Oftalmologiya Mərkəzinin Uşaqlarda gözün patologiyası şöbəsinin həkimi Aysel Əkbərova Trend-ə deyib ki, Azərbaycanda qohum evlilikləri uşaqlıq dövründə görmə pozğunluğuna gətirib çıxarır. Yetkin insanlarla müqayisədə uşaqlıq dövründə zəifgörmə səbəblərinin çoxunun qarşısını almaq daha çətindir. Buna görə də uşaqlarda reabilitasiya tədbirlərindən faydalanmaq əhəmiyyətlidir.

Mərkəz rəsmisi hesab edir ki, erkən dövrlərdə reabilitasiya tədbirlərinə başlamaqla funksional görmənin təkmilləşdirilməsi mümkündür. Məktəbəqədər 4-6 yaş dövrü reabilitasiya üçün zəifgörmə cihazlarının başlanıldığı dövrdür:

"Uşaq bu dövrə nə qədər tez başlayarsa, gələcəkdə bu cihazlardan istifadə daha rahat olacaq. Bu cihazların sayəsində uşağın təhsil fəaliyyətində müstəqil iştirakı mümkün ola bilər. Amma bu dövr həmçinin kosmetik narahatlıq və psixoloji reaksiyaların ən çox rast gəlindiyi dövrdür. Bu yaşda uşaqlarda zəifgörmə cihazlarından imtina edilə bilər. 4-6 yaşlı belə uşaqlar artıq digər uşaqlardan daha fərqli olduğunu başa düşür, 7-8 yaşlı uşaqlar isə bu fərqi yaradan zəifgörmə cihazlarına qarşı reaksiya verməyə başlayır. Zəifgörmə reabilitasiyasında, xüsusilə uşaqlıq dövründə tətbiq olunan reabilitasiya işində qrup işi çox önəmlidir. Oftalmoloq, pedaqoq və ailə bu qrupun ən mühüm elementləridir".

"Ukrtransnafta" Belarusa nəql olunacaq Azərbaycan neftinin tankerdən boşaldılmasına başlayıb
"Ukrtransnafta" Belarusa nəql olunacaq Azərbaycan neftinin tankerdən boşaldılmasına başlayıb
Hərbi qulluqçuların pensiyalarının azalmasından söhbət gedə bilməz - Nazir müavini
Hərbi qulluqçuların pensiyalarının azalmasından söhbət gedə bilməz - Nazir müavini
Bu ilin əvvəlindən “Məşğulluq” altsisteminə 100 mindən çox vakansiya daxil edilib
Bu ilin əvvəlindən “Məşğulluq” altsisteminə 100 mindən çox vakansiya daxil edilib
Loading Bars
Xəbər lenti
Vəzifəli şəxs barəsində cinayət işi baxılması üçün məhkəməyə göndərilib - Baş Prokurorluq
Bu gün biz hibrid müharibəsi ilə üz-üzəyik - Hikmət Babaoğlu
DİM: Dövlət qulluğuna imtahan verib nazir müavini vəzifəsinə yüksələn də var
Koronavirusun zəif nöqtəsi aşkar edilib
"Ukrtransnafta" Belarusa nəql olunacaq Azərbaycan neftinin tankerdən boşaldılmasına başlayıb
Dünyada koronavirusa yoluxanların sayı 19 milyon nəfəri keçdi
Milli Məclisin bügünkü növbədənkənar iclası başa çatdı
Müdafiə Nazirliyi: Avqustun 9-da keçiriləcək andiçmə mərasimində valideynlərin iştirakı qadağandır
İranda koronavirusdan ölənlərin sayı 18 minə çatır
Əli Hüseynli xüsusi rütbəli şəxslərin məxfiliyi ilə bağlı nazir müavininə sual ünvanlayıb
Rusiyada koronavirusa yoluxanların sayı 870 mini keçib
Livanlı deputat: Livana maliyyə yardımı göstərməklə Azərbaycan Prezident İlham Əliyevin şəxsində İslam həmrəyliyi nümayiş etdirdi
Dövlət strukturunda strateji baxımdan müzakirələrə ehtiyac var - Siyavuş Novruzov
Prezident İlham Əliyev: Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir
Hərbi qulluqçuların pensiyalarının azalmasından söhbət gedə bilməz - Nazir müavini
Peşəyə müstəqil yiyələnənlər də təhsil sənədi alacaq - Qiymətləndirilmə başlandı
Nazir müavini uşaq pulu ilə bağlı məsələyə münasibət bildirdi
Rusiyada dəmiryol stansiyasında partlayış - Ölən var
Sabah hava küləkli olacaq
Anar Əliyev: I qrup əlilliyi olan şəxslərlə bağlı xüsusi komissiya yaradılıb
Bu ilin əvvəlindən “Məşğulluq” altsisteminə 100 mindən çox vakansiya daxil edilib
Uşaq pulu ilə bağlı məsələ Milli Məclisdə müzakirə olunub
"İnstagram"da narkotiki təbliğ edən şəxs həbs olunub (FOTO/VİDEO)
Hindistanda koronavirus xəstələrinin müalicə olunduğu xəstəxana yanıb - 8 ölü
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlərin müxtəlif elementlərini icra ediblər (FOTO/VİDEO)
Maliyyə nazirinin müavini deputatların xərclərlə bağlı təkliflərinə münasibət bildirib
Prezident İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib (FOTO)
Metrodakı qrunt sularından yaşıllıqların suvarılması üçün istifadə edilməyə başlanıldı
Rayona gedən avtobus sürücüsü saxlanıldı, sərnişinlər cərimələndi (FOTO/VİDEO)
Nazir müavini: Su problemləri ilə əlaqədar vəsaitlərin ayrılması nəzərdə tutulub
2020-ci il dövlət büdcəsinə dəyişiklik II oxunuşda qəbul edildi
Arzu Nağıyev: Mərkəzləşmiş xərclər üçün ayrılan vəsaitlərdə müəyyən dəyişikliklər edilməsi lazımdır
DSMF-yə büdcədən ayrılan vəsait 13% azaldılır
Avtomobildən yarım kiloqramdan artıq heroin və psixatrop maddə aşkarlanıb
Türkiyə Azərbaycana növbəti tibbi yardım göndərəcək
Mərkəzi Gömrük Hospitalının həkimi koronavirusun gizli məqamları ilə bağlı sualları cavablandırıb (MÜSAHİBƏ)
Ermənistanda hərbçilərin olduğu maşın qəzaya uğradı - Ölü və yaralılar var
Naxçıvana təyyarə reyslərin artırılmasına ehtiyac var - Siyavuş Novruzov
Paytaxtda yeni məktəb binaları inşa olunur (FOTO)
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Siyavuş Novruzov: Naxçıvana ayrılan dotasiya artırılmalıdır
BNA: Avtobusların sayını azaldan daşıyıcılarla bağlı tədbir görülür
Bağlanan bankların əmanətçilərinə 402,3 milyon manat kompensasiya ödənilib
İndiyə kimi fərdi sahibkarlara 170 milyon manatdan çox vəsait ödənilib
Azərbaycanla Türkiyə arasında qarşılıqlı vizadan azad etmə haqqında saziş avqustun 13-dən qüvvəyə minir
Dünyada ilk dəfə Sumqayıt stadionunda "Meksika dalğası" şəklində fəvvarə kompleksi ucaldılacaq (FOTO)
SOCAR AVIATION Milas-Bodrum hava limanında yanacaq tədarükünü öz obyektindən həyata keçirəcək
15 200 aztəminatlı tələbənin təhsil haqqını dövlət ödəyəcək
Ağdaşda tibbi maskadan istifadə etməyənlər cərimələnib (FOTO)
Dövlət qulluğu imtahanı ilə bağlı statistik məlumatlar açıqlanıb
Gömrükdən gizlədilən dərman preparatları aşkar edildi (FOTO)
Ermənistanda koronavirusdan ölənlərin sayı 770 nəfəri keçib
İmişlidə oğurluq edən şəxslər saxlanılıb
Yasamalda tanışını ağır yaralayan şəxs saxlanılıb
“DOST” mərkəzlərində vətəndaş qəbulu bərpa olundu (FOTO)
Şabranda əməliyyat: üç nəfər saxlanıldı (FOTO)
AÇG və Şahdəniz üzrə gəlirlər açıqlanıb
Koronavirusa yoluxan və xəstəlikdən ölən tibb işçiləri ilə bağlı təzminatın ödənilməsi üçün təkliflər hazırlanıb - RƏSMİ
Polis təqibindən qaçan yeniyetmələr silahla Trampın malikanəsinə daxil olub
General Polad Həşimovun adı Həzi Aslanovun adına olan küçəyə verilməyib - İcra Hakimiyyəti (YENİLƏNİB) (FOTO)
TANAP gündəlik qaz axınının maksimum səviyyəsinə çatdı
Azərbaycanla İran arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub
Məktəblər açılsa, hansı şərtlərə əməl edilməlidir?
Biləsuvarda gizli nişan mərasimi keçirənlər cərimələnib
Bu içkilər kökəlməyə yol açır
Goranboyda qadın güllələnərək öldürülüb
Qazaxıstandan ölkəmizə indiyədək gəmi ilə 180 azərbaycanlı gətirilib
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
Şahdağ Milli Parkında üçüncü zubr balası dünyaya gəlib (FOTO)
Avqustun 6-da xarici valyutaların manata qarşı məzənnələri
Elin Süleymanov: Ermənistanın son əməlləri sülh prosesi üçün real perspektivlərə zərbə vurur
Deputatlar bu gün 6 məsələni müzakirə edəcək
Sumqayıtda "LADA" yanıb
Seul KXDR ilə ticarət mübadiləsi imkanlarını araşdırır
2020-ci ildə "Amazon" korporasiyasının 7.2 milyard dollardan çox səhmi satılıb
BMT-nin baş katibi: Nüvə silahına sahib olmaq təhlükəsizliyi zəiflədir
Pakistanda partlayış nəticəsində 39 nəfər yaralanıb
ABŞ ölkə seçkilərinə müdaxilə edənlər barədə məlumat üçün $10 milyon mükafat vəd edir
"Mançester Yunayted" və "İnter"Avropa Liqasının 1/4 finalına çıxıblar
Bakıda çoxmərtəbəli binada yanğın olub
Pompeo Avstriya, Sloveniya, Polşa və Çex Respublikasına səfər edəcək
Estoniyada koronavirusun ikinci dalğası başlayır
Moskvada son sutkada koronavirusdan daha 13 nəfər ölüb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 206 mindən çox artıb
Livanda partlayışda həlak olanların sayı 137 nəfərə yüksəlib (Əlavə olunub)
Milli Məclisin qarşısında törədilən təxribatla bağlı cinayət işi davam edir (VİDEO)
Türkiyədə koronavirusdan sağalanların sayı 219 min nəfəri ötüb
Prezidentin BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü “Hədəf”də müzakirə olunub (FOTO)
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Vəkili Fuad Qəhrəmanlının son vəziyyəti ilə bağlı açıqlama verdi
Hər bir Azərbaycan vətəndaşının sosial həyatı və rifahı dövlət qayğısı ilə daim əhatələnəcək - Bəhruz Quliyev
Koronavirusun ikinci dalğası Fransanı da gözləyir
Professor İbrahim Öztək: Çimərliklərdəki yoluxma riski digər kütləvi toplanma yerlərindən daha yüksəkdir
Sahibkarlara icarə haqları 9 ay müddətində hesablanmayacaq
Peşə təhsili üzrə imtahanın keçirilmə QAYDASI müəyyənləşdi
Xaricdəki azərbaycanlı professorlar: Qarabağ məsələsi qeyrət, namus, milli şərəf məsələsidir
Azərbaycan Livana 1 milyon 700 min manat maliyyə yardımı edəcək
Vüqar Rəhimzadə: Dövlət siyasətində insan amili prioritetdir
“Ford” şirkətinin rəhbəri istefa verib
Qəbələdə mərkəzi küçələrdən birinə şəhid general Polad Həşimovun adı verilib (FOTO)
Bütün xəbərlər