...

Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub (FOTO/VİDEO)

Cəmiyyət Materials 15 Noyabr 2019 15:33
Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlinin açılışı olub.
Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub (FOTO/VİDEO)

Trend-i buradan izləyin

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlinin rəsmi açılışı olub.

Trend-in məlumatına görə, Nərimanov rayonunda ucaldılan abidənin açılışında Prezident Administrasiyasının (PA) Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfov, Müdafiə nazirinin müavini Kərim Vəliyev, Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, millət vəkilləri, Milli Qəhrəmanın qardaşı Rantik Aqarunov və digər şəxslər iştirak ediblər.

Heykəl Nərimanov rayonunda, Milli Qəhrəmanın adına olan küçədə ucaldılıb. Heykəlin kompozisiyası tanınmış heykəltaraş Ömər Eldarova məxsusdur.

Xatırladaq ki, A.Aqarunov 25 aprel 1969-cu ildə Bakının Əmircan qəsəbəsində, yəhudi ailəsində anadan olub. Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb. O Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikasını məhv edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti