BSU-da İmadəddin Nəsiminin 650 illik yubileyinə və “Nəsimi ili”nə həsr olunmuş geniş tədbir keçirilib (FOTO)

BSU-da İmadəddin Nəsiminin 650 illik yubileyinə və “Nəsimi ili”nə həsr olunmuş geniş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Slavyan Universitetində (BSU) Azərbaycanın böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə və “Nəsimi ili”nə həsr olunmuş “Çün Nəsimi əyyamın sultanıdır, Dövr onun, dövran onun dövranıdır!” adlı geniş tədbir keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdir müavini Məhərrəm Əhmədov, Təhsil nazirinin müavini Firudin Qurbanov, “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva, ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirliklərinin nümayəndələri, Xalq artisti Rasim Balayev, təhsil eksperti, professor Şahlar Əsgərov, media strukturlarının rəhbərləri iştirak ediblər.

Tədbirdən əvvəl iştirakçılar universitetin foyesində Tusi Tərtibat və Dizayn Mərkəzi tərəfindən təşkil edilmiş “Nəsimi-650” adlı sərgi ilə tanış olublar.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev 2018-ci il noyabr ayının 15-də böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd edilməsi üçün Sərəncam imzalayıb. İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir. Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərmişdir. Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Məhz Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilmiş və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunmuşdur. Həmin dövrdən etibarən Nəsimi irsinin və bütövlükdə klassik Azərbaycan mədəniyyətinin daha əhatəli araşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Nəsiminin yaradıcılığı artıq milli-mənəvi varlığımızın ayrılmaz tərkib hissəsidir. Azərbaycan ədəbiyyatı və incəsənətində Nəsiminin yaddaqalan obrazı yaradılmış, Bakının mərkəzində şairin əzəmətli heykəli ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu Nəsiminin adını daşıyır. 2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyinin qeyd edilməsi və 2018-ci ilin sentyabr ayında ölkəmizdə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalının təntənəli şəkildə keçirilməsi ölməz şairin xatirəsinə dərin ehtiramın ifadəsi hesab oluna bilər. İmadəddin Nəsiminin adı həqiqət naminə, fikir azadlığı yolunda qəhrəmanlığın rəmzi kimi əbədiləşib, əsrlərdən bəri Şərq xalqlarının yaddaşında yaşamaqdadır. Ölkə Prezidenti cənab İlham Əliyev bu il yanvar ayının 11-də Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir. Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Qüdrətli şairin yaradıcılığının üzə çıxarılan əlyazma nüsxələri əsasında öyrənilməsi Azərbaycan dili və ədəbiyyatı tarixinin tədqiqində yeni mərhələ açmışdır. Nəsiminin əsərləri ölkəmizdə dəfələrlə işıq üzü görmüşdür. Şairin əsərləri dövlət başçımızın “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən, kütləvi tirajla nəşr olunaraq ölkə kitabxanalarına hədiyyə edilmişdir. Bizim bu gün BSU-da keçirdiyimiz bu tədbir də yuxarıda qeyd etdiyim sərəncamlara uyğun olaraq keçirilir. BSU-da bugünədək Nəsimi ilə bağlı müxtəlif tədbirlər keçirilib və biz bu tədbirlərin keçirilməsini öz müqəddəs mənəvi və vətəndaşlıq borcumuz hesab edirik. İmadəddin Nəsimi həm Azərbaycan ədəbiyyatının, həm də dünya ədəbiyyatının görkəmli nümayəndəsidir. Onun yaradıcılığı, irəli sürdüyü mütərəqqi ideyalar həmişə aktualdır, müasir dövrümüzlə səsləşir.

Tədbirdə çıxış edən AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin baş elmi işçisi, professor Rəhim Əliyev tədbirin yüksək səviyyədə təşkil edilməsinə görə BSU-nun rəhbərliyinə minnətdarlıq edib. Professor R.Əliyev öz maraqlı və məzmunlu çıxışında qüdrətli söz ustadı, böyük mütəfəkkir Nəsiminin həyat və yaradıcılığı, eləcə də hürufilik fəlsəfi təliminin mahiyyəti haqqında ətraflı məlumat verib. Onun çıxışında şairin zəngin bədii-fəlsəfi irsi ətraflı təhlil edilib, ümumbəşəri səciyyə daşıdığı xüsusi vurğulanıb.

Filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli çıxışıda azadlıq ideyalarının Nəsimi yaradıcılığında öz geniş əksini tapdığını qeyd edib.

Xalq artisti Rasim Balayev Nəsimi yaradıcılığına verilən yüksək qiymətə və tədbirin keçirilməsinə görə BSU-nun rəhbərliyinə təşəkkür edib, universitetin kollektivinə uğurlar arzulayıb.

Sonra tədbir bədii-musiqili hissə ilə davam edib. Bədii-musiqili hissədə Azərbaycan əsilli tanınmış musiqiçi Sami Yusifin İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında hazırladığı musiqili kompozisiyasının videosu təqdim edilib. “Dərviş qrupu”nun solisti Zeynal Əhmədovun ifasında “Bayatı-Şiraz” müğamı səslənib. Ümid Abbaszadənin rejissorluğu ilə BSU-nun tələbələrinin hazırladıqları “Nəsimi və bəşəriyyət” adlı bədii kompozisiya nümayiş olunub. BSU-nun xoreoqrafı Əli Natiqoğlunun hazırladığı Nəsimiyə həsr olunmuş pantomim rəqsi “Arzu” rəqs ansamblı və “Dərviş qrupu” tərəfindən ifa edilib.

Sonda xatirə şəkli çəkdirilib.

Futbol üzrə İtaliya çempionatında "Milan" ilə "Napoli" heç heçə oynadılar
Futbol üzrə İtaliya çempionatında "Milan" ilə "Napoli" heç heçə oynadılar
Ermənistanda futbol klubunun 17 üzvü koronavirusa yoluxub
Ermənistanda futbol klubunun 17 üzvü koronavirusa yoluxub
Futbol üzrə İspaniya çempionatında "Real" "Alavesi" məğlub etdi
Futbol üzrə İspaniya çempionatında "Real" "Alavesi" məğlub etdi
Loading Bars
Xəbər lenti
Mövlud Çavuşoğlu: Can Azərbaycana canımız fəda (VİDEO)
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Əhalisinin 30 faizinin işsiz və hər 3 nəfərindən biri yoxsul olan Ermənistan belə təxribatlarla sosial-iqtisadi problemlərdən diqqəti yayındırmağa çalışır - Deputat
Ermənilərin atdığı top mərmisi bu evə düşüb (FOTO)
Düşmənin bir neçə hərbi obyekti və texnikası darmadağın edilib - RƏSMİ (VİDEO)
GUAM Ermənistan Silahlı Qüvvələrinin Tovuz bölgəsinə hücumlarını pisləyir
Cəlilabadda ev yanıb
Balakəndə müxtəlif təyinatlı bir neçə obyekt yanıb
Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub
ATƏT-in Minsk Qrupu Ermənistan - Azərbaycan sərhədindəki insidentlə bağlı bəyanat yayıb
Mətbuat Şurası Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı məlumat yaydı
Leysan yağışlar bu rayonlarda sel yaradıb - FAKTİKİ HAVA
Rasim Quliyev: Zaman Azərbaycanın xeyrinə işləyir
Ermənistan tarixin ən böyük məğlubiyyətini yaşayacaq - Firdovsi Umudov
Vəkillərin üzvlük haqqına güzəştlərin tətbiq edilməsi məsələsinə baxılıb
Azərbaycan, Əfqanıstan və Türkmənistan XİN rəhbərlərinin üçtərəfli görüşü keçirilib (FOTO)
İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələrində Ermənistanın təxribatını pisləyən yazılar dərc olunub
COVID-19 sahəsində çalışan 115 kubalı tibb mütəxəssisi Azərbaycana gəlib (FOTO)
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Bəyanat yayıb
Ermənistan silahlı bölmələri Tovuzun kəndlərini D-30 topundan atəşə tutub
Qarabağ həqiqətlərinin dünyada təbliği müzakirə olunub
İdeyalarını reallaşdırmaq istəyənlər üçün fürsət: “EduHack” hakatonu
Müdafiə Nazirliyi: Azərbaycan tərəfi mülki əhalini, mülki yaşayış məntəqələrini atəşə tutmur
Rəhim Qazıyev saxlanıldı və barəsində cinayət işi başlanıldı - RƏSMİ
Mingəçevir Dövlət Universitetində “14 iyul 1969-cu il: Tərəqqiyə aparan yolun başlandığı və qüdrətli Azərbaycan dövlətinin bünövrəsinin qoyulduğu gün” mövzusunda elmi konfrans keçirilib (FOTO)
Vüqar Rəhimzadə: Ermənistan bu təxribatlarla işğalçı və təcavüzkar siyasətinin məsuliyyətini üzərindən atmağa cəhd edir
Bərdədə saxta alkoqollu içkilər istehsal edən müəssisə aşkarlandı (FOTO)
Nüfuzlu italyan parlamentarları Ermənistanın təxribatını pisləyən bəyanatlar veriblər
Prezident İlham Əliyev Emmanuel Makrona təbrik məktubu göndərib
“Bacarıqlı gənclər” festivalı keçiriləcək
Nabil Seyidov: Testin mənfi olması koronaviurusun 100 faiz olmadığını təsdiq etmir
Şəhidlərimizə görə telekanallar yayımdan musiqili və əyləncəli verilişləri çıxarıb - MTRŞ
Əli Əhmədov: ATƏT-in Minsk Qrupu öz mövqeyini ortaya qoymalıdır
AQTA meyvə-tərəvəz məhsullarının istehsalı və ixracatı ilə məşğul olan sahibkarlar üçün onlayn iclas keçirib (FOTO)
Ombudsman Aparatı Ermənistanın sərhəddə törətdiyi təxribatla bağlı bəyanat yaydı
Afət Həsənova: Ermənistanın növbəti təxribatı da baş tutmadı, növbəti ağır uğursuzluğa düçar oldu
Bir gündə karantin qaydalarını pozan 1898 hərəkət iştirakçısı məsuliyyətə cəlb edildi
Dağlıq Qarabağın azərbaycanlı icması ermənilərin təxribatı ilə bağlı bəyanat yaydı
AZAL kubalı həkimləri Bakıya çatdırdı (FOTO)
Sərt karantin elan edilən rayonlardan Qaxa istirahətə gələnlər barəsində tədbir görülüb (FOTO)
Komitə sədri: Babası faşist Paşinyandan növbəti təxribat təxirəsalınmadan faşizmin durdurulmasını zəruri edir
Ermənistan Naxçıvan istiqamətində də atəşkəs rejimini kobudcasına pozub
AQTA 194 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirdi, 76-da qayda pozuntusu aşkarladı (FOTO)
Azərbaycanda daha 529 nəfər koronavirusa yoluxdu, 547 nəfər sağaldı, 7 nəfər öldü
Erməni fəallar cəbhə xəttində itkilərini açıqladı, Ermənistan Müdafiə naziri tənqid atəşinə tutuldu (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva: Bizim işimiz haqq işidir və Allah bizimlədir! Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaqdır! (FOTO)
Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Deputat: Paşinyanın belə təxribatlarla ölkədəki dərin böhranı aradan qaldırmaq cəhdi hər hansı bir nəticə verməyəcək
Biləsuvarda şəhid baş leytenant Rəşad Mahmudovla vida mərasimi keçirilir (FOTO)
FHN: Gəncədə 7,2 ton benzin yanıb (ƏLAVƏ OLUNUB)
PAŞA Bank “Biznes üçün ən yaxşı Onlayn Bank 2020” mükafatına layiq görüldü
İyulun 17-si gündüzədək hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
Paytaxtda “narkotacirlərə” qarşı əməliyyat keçirilib (FOTO/VİDEO)
Şabranda kəndin su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihənin icrasına başlanıb (FOTO)
Gəncədə selin fəsadları aradan qaldırılır (FOTO)
Elmar Məmmədyarov və Serqey Lavrov arasında telefon danışığı olub
Bu il 3 milyon nəfərə 3,059 milyard sosial ödəniş edilib
Rabitəbank müştəri və əməkdaşların sağlamlığını ən son texnologiya ilə qoruyur (FOTO)
Sabunçuda kiçik toy məclisi keçirənlər cərimələniblər (FOTO/VİDEO)
Vaqif Dərgahlı: Cəbhə bölgəsindəki vəziyyətlə bağlı sosial şəbəkələrdə əsassız məlumat yayılır
Rusiya XİN: Ermənistan-Azərbaycan sərhədində növbəti eskalasiyanın yolverilməz olduğunu hesab edirik
Milli Məclisin Elm və təhsil komitəsində müzakirələr aparılıb
Vaqif Dərgahlı: Heç bir ərazi itkimiz olmayıb, mövqelərimiz əvvəlki qaydada dayanır
Cəzasız qalan Ermənistan bundan ruhlanaraq yeni-yeni hərbi cinayətlər törətməkdədir - Aydın Səfixanlı
Biznes və marketinq rəhbərləri üçün qlobal şirkətlərdən pulsuz təlim - Qeydiyyat üçün son gün
Azərbaycan diasporu beynəlxalq təşkilatlara etiraz bəyanatı ünvanlayıb
Könüllü olaraq döyüşə getmək üçün çoxsaylı müraciətlər olub - RƏSMİ
Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədindəki gərginlikdən narahatdır
Maştağada həyətində narkotik yetişdirən şəxs saxlanılıb (FOTO/VİDEO)
İranda daha 203 nəfər koronavirusdan ölüb
Erkan Özoral: Azərbaycan FETO ilə mübarizədə Türkiyəyə dəstəyini davam etdirir
YAP erməni təxribatı ilə əlaqədar bəyanat yayıb
Türkiyə XİN rəhbəri: Ermənistan ağlını başına toplasın
Azərbaycan Prezidenti: Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq
Prezident İlham Əliyev: Əgər Ermənistan ərazisindən Azərbaycan mövqelərinə, Azərbaycan kəndlərinə atəş açılırsa, biz adekvat cavab verəcəyik və veririk
Prezident İlham Əliyev: Hazırda Ermənistanda hökm sürən hərc-mərclik və vəziyyətin böhran həddinə yaxınlaşması onları bu çirkin əməllərə sövq edibdir
Azərbaycan Prezidenti: Təcavüzkar siyasət olduqca ziddiyyətlidir və bu siyasət Ermənistan üçün böyük təhlükə mənbəyidir
Prezident İlham Əliyev: Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınıb, adekvat cavab verilib
Sabah yağış yağacaq, külək əsəcək
Nazirlik: Hazırda Azərbacanda 300 mindən artıq vətəndaş ünvanlı sosial yardım alır
Fəxrəddin Altun: 15 iyul müqavimətimiz dünyada görülməmiş bir qələbə dastanıdır
Sel Qobustanda 12 evə ziyan vurub, avtomobil yolunu su yuyub
Elmar Məmmədyarovun rusiyalı həmsədr və ATƏT nümayəndəsi ilə telefon söhbəti olub (FOTO)
“Azpetrol”un 4 məntəqəsində STQ-nin satışına başlanılıb
Rauf Əliyev: Ermənistan sərhəddə təxribat törətməklə diqqəti ölkədaxili problemlərdən yayındırmağa çalışır
Mingəçevirdə karantini pozan bərbərxana sahibi və müştəriləri cərimələnib (VİDEO)
Əli Əhmədov: Azərbaycan Ordusu erməni quldurlarının Tovuz istiqamətində təxribatlarının qarşısını qəhrəmancasına aldı
İş icazəsi ilə Lerikə istirahətə gələnlər cərimələndi (FOTO)
Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib (FOTO/VİDEO) (YENİLƏNİB)
Qida təhlükəsizliyinin təmin edilməsi barədə Dövlət Proqramının monitorinq və qiymətləndirilməsi aparılıb
Ağstafada həyətyanı sahədə top mərmisi tapılıb (FOTO)
İlin sonunadək şəhid ailələrinə və əilliyi olan şəxslərə 1200 mənzil veriləcək - Nazirlik
Prokurorluq Gədəbəydəki qətllə bağlı məlumat yayıb
Samuxda avtomobil yolu yenidən qurulur (FOTO)
ABŞ-dakı diasporumuzun pandemiya dövründəki fəaliyyəti müzakirə edilib
Bərpa olunan enerji sahəsinin inkişafı birinci yarımildə prioritet olub
İran Xarici İşlər Nazirliyi azərbaycanlı hərbçilərin ölümünə görə təəssüfünü ifadə edib
Ermənistanda fövqəladə vəziyyət daha bir ay uzadıldı
Ucarda atasını qətlə yetirən oğul tutuldu
Qubada karantini pozan koronavirus xəstəsi aşkarlanıb
Bütün xəbərlər