...

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdləri Ulduz Şokolad fabrikində ekskursiyada olublar (FOTO)

Cəmiyyət Materials 24 Dekabr 2019 14:10 (UTC +04:00)
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 8-ci sinif şagirdləri və müəllim heyəti ilə Ulduz Şokolad fabrikində təşkil olunan ekskursiyada iştirak ediblər.
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdləri Ulduz Şokolad fabrikində ekskursiyada olublar (FOTO)

Bakı. Trend:

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 8-ci sinif şagirdləri və müəllim heyəti ilə Ulduz Şokolad fabrikində təşkil olunan ekskursiyada iştirak ediblər. Şagirdlər ilk öncə şokoladın istehsalı və tarixi barədə hazırlanmış videoçarxı izləyib, şokolad məhsullarının hazırlanma texnologiyası barədə ətraflı məlumat əldə ediblər.

Trend-in məlumatına görə, daha sonra istehsalat sahəsinə daxil olan müəllim və şagirdlər yerli brendin məhsullarının hazırlanma prosesini canlı şəkildə izləyib, eyni zamanda fabrikdə tamamilə avtomatlaşdırılmış və beynəlxalq standartların tələblərinə cavab verən müasir avadanlıqlarla tanış olublar.

Ulduz Şokolad Fabriki hər zaman fabrikdə şokoladlı konfetlərin istehsalını yaxından görmək istəyən şagirdlər, tələbələr və digər kollektivlər üçün ödənişsiz ekskursiyalar təşkil edir, ekskursiya zamanı onlara fabrik, istehsalat prosesi haqqında məlumatlar verilir.

Qeyd edək ki, 2001-ci ildə fəaliyyət göstərən Ulduz Şokolad Fabriki yerli və xarici bazarlara beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli və geniş çeşidli məhsullar təqdim edir. Fabrik fəaliyyət sahəsini və proseslərini yerli və beynəlxalq qanunvericiliyin tələblərinə, Keyfiyyət İdarəetmə və Qida Təhlükəsizliyi Sistemlərinə, Halal Qida standartlarına uyğun olaraq qurur, istehlakçıya tam təhlükəsiz, etibar edə biləcəyi qidanı təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti