...

“CinemaPlus”da 20 Yanvar faciəsinə həsr olunmuş filmin ödənişsiz nümayişi keçiriləcək

Cəmiyyət Materials 16 Yanvar 2020 23:25 (UTC +04:00)
20 yanvar tarixində “CinemaPlus” kinoteatrlar şəbəkəsi komediya filmlərini repertuarından çıxaracaq.
“CinemaPlus”da 20 Yanvar faciəsinə həsr olunmuş filmin ödənişsiz nümayişi keçiriləcək

Bakı. Trend:

“CinemaPlus” kinoteatrlar şəbəkəsində 20 yanvar tarixində “Qanlı Yanvar” filminin ödənişsiz nümayişi keçiriləcək.

Filmin rejissoru Vahid Mustafayev, baş rollarda isə Nəbahət Çehrə, Faiq Mirzəyev və Azər Aydəmir oynayırlar.

Film 1990-cı ilin 20 Yanvar faciəvi hadisələrindən bəhs edir. İki qardaş-kommunist Nəcəf və inqilabçı Mehdidir və hər birinin öz həqiqəti var. Dramın mərkəzində isə onların anası-Xədicədir.

Əlavə olaraq, 20 yanvar tarixində “CinemaPlus” kinoteatrlar şəbəkəsi komediya filmlərini repertuarından çıxaracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti