...

Ziyad Səmədzadə kiçik və orta bizneslə məşğul olan seçicilərlə görüşüb (FOTO/VİDEO)

Cəmiyyət Materials 27 Yanvar 2020 13:54 (UTC +04:00)
Müzakirələr aparılıb, səslənən təkliflər dinlənilib.
Ziyad Səmədzadə kiçik və orta bizneslə məşğul olan seçicilərlə görüşüb (FOTO/VİDEO)

Bakı. Trend:

23 saylı Nəsimi-Seçki Dairəsi üzrə deputatlığa namizəd, akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadənin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam edir.

Trend-in məlumatına əsasən, deputatlığa namizəd Seçki Qərargahında kiçik və orta bizneslə məşğul olan sahibkarlarla-seçicilərlə görüşüb.

Görüşdə vurğulanıb ki, hazırda Azərbaycan dövləti KOB subyektlərinə yetərincə dəstək verir.

Həmçinin, bu istiqamətdə yeni qanunvericilik aktları qəbul olunur, bu işlər davamlı olaraq davam etdirilir.

Görüş işgüzar şəraitdə keçib.

Müzakirələr aparılıb, səslənən təkliflər dinlənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti