...

Nazir: Məktəbli formalarının qiymətləri tələb-təklif əsasında təyin edilir

Cəmiyyət Materials 27 Yanvar 2020 13:09 (UTC +04:00)
Məktəbli formalarının qiyməti yüksək olmamağı tövsiyə edilir
Nazir: Məktəbli formalarının qiymətləri tələb-təklif əsasında təyin edilir

Bakı. İlhamə İsabalayeva - Trend:

Qanunvericiliyə əsasən məktəbli forması və yaxud məktəb ləvazimatlarının qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi nəzərdə tutulmayıb. Onlar tələb-təklif əsasında təyin edilir.

Trend-in məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, qiymətlərin müəyyən edilməsi keyfiyyət və forma ilə əlaqədar olaraq, istehsalçılardan asılıdır: "Məktəbli formalarının qiyməti yüksək olmamağı tövsiyə edilir. Bir sıra istehsalçılar buna riayət edir. Bizdə olan məlumata görə istehsalçıların özü də qiymətlərin aşağı olmasına maraqlıdır. Çünki qiymət münasib olarsa, formalar da satılar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti