...

Ziyad Səmədzadə: Cavabı aşkarlamaq üçün Çin iqtisadiyyatı ilə dərindən məşğul olmağa başladım (FOTO)

Cəmiyyət Materials 28 Yanvar 2020 10:49 (UTC +04:00)
Ziyad Səmədzadə Azərbaycanda dünyanın iqtisadi möcüzələrindən sayılan Çin iqtisadiyyatını tədqiq edən ilk alim sayılır
Ziyad Səmədzadə: Cavabı aşkarlamaq üçün Çin iqtisadiyyatı ilə dərindən məşğul olmağa başladım (FOTO)

Bakı. Trend:

Akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən deputatlığa namizəd Ziyad Səmədzadə Azərbaycanda dünyanın iqtisadi möcüzələrindən sayılan Çin iqtisadiyyatını tədqiq edən ilk alim sayılır.

Trend-in məlumatına əsasən, Z. Səmədzadə bu istiqamətdə bir neçə kitabın müəllifidir.

Onu da qeyd edək ki, Z.Səmədzadə bir müddət Milli Məclisin (MM) Azərbaycan-Çin parlamentlərarası Dostluq Qrupuna rəhbərlik edib. O, həmçinin, bir neçə dəfə Çin Xalq Respublikasında (ÇXR) səfərdə olub.

Ziyad Səmədzadə: “Məni daim düşündürən bir məsələ var idi. Necə olur ki, zəngin təbii sərvətləri, əlverişli iqlim şəraiti olan ölkələrin çoxu həddən artıq yoxsul vəziyyətdə yaşayırlar. Lakin 1,4 milyard əhalisi olan Çin, həm əhalisinin ərzaq təhlükəsizliyini təmin edib, həm də vaxtilə yaşayış səviyyəsinə görə dünya ölkələri sırasında ən geridə qalmış bir ölkədən yüksələrək, dünyanın ən aparıcı dövlətinə çevrilmişdir. Bunun səbəbi nədir?

Cavabı aşkarlamaq üçün mən Çin iqtisadiyyatı ilə dərindən məşğul olmağa başladım. Bir neçə dəfə bu ölkəyə səfər etdim, çoxsaylı məqalələr yazdım və nəhayət bu qənaətə gəldim ki, Çinin yüksəlişinin tək bir səbəbi var: milli maraqlara cavab verən düşünülmüş iqtisadi siyasət və sistemli iqtisadi islahatlar. Mən bütün bunları dərindən öyrənərək bu üç kitabı nəşr etdirdim, çinli həmkarlarla beynəlxalq konfrans keçirdim. İnkişafın Azərbaycan modeli barədə fikirlərimi daha da zənginləşdirməyə nail oldum”.

“Park inn” mehmanxanasında Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə keçirilmiş Çin kitabının təqdimatı (Bakı, 2009).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti