...

Kamaləddin Qafarovun seçicilərlə möhtəşəm görüşü (FOTO)

Cəmiyyət Materials 29 Yanvar 2020 10:00 (UTC +04:00)
Görüş iştirakçıları son dövrdə reallaşan islahatlardan razılıqlarını ifadə edib
Kamaləddin Qafarovun seçicilərlə möhtəşəm görüşü (FOTO)

Bakı. Trend:

VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə 9 saylı Binəqədi ikinci Seçki Dairəsindən deputatlığa namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Kamaləddin Qafarovun seçicilərlə görüşləri davam edir.

Trend-in məlumatına əsasən, K.Qafarov yanvarın 28-də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının iclas salonunda rayon sakinləri ilə görüşüb. 500 nəfərdən artıq seçicinin iştirak etdiyi görüşdə seçki dairəsinin müxtəlif ərazilərində yaşayan insanlar millət vəkilliyinə namizəd K.Qafarova rəğbət və dəstəklərini nümayiş etdiriblər.

Görüşü giriş sözü ilə Yeni Azərbaycan Partiysı Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov açaraq müasir tarixi şəraitdə parlamentarizm, dövlət quruculuğu və dövlətimizin insanların rifahını yüksəltmək üçün göstərdiyi fasiləsiz səylərdən danışıb. O, göstərib ki, seçicilərin tarixi rolu parlamentə ölkəni irəli apara biləcək yeni qüvvələrin seçilməsindən və taleyüklü vəzifələrin reallaşması üçün əzmkarlıq və prinsipiallıq göstərilməsindən ibarətdir.

Səmimilik və qarşılıqlı etimad şəraitində baş tutmuş görüş zamanı Kamaləddin Qafarov ölkədəki sabitlik, dayanıqlı inkişaf və islahatlar barədə seçicilərə geniş məlumat verib, onlarla fikir mübadiləsi aparıb. Seçicilərin çoxsaylı sullarını cavablandıran K.Qafarov ölkənin gələcəyinin bu seçkilərdən asılı olduğunu bildirib, seçiciləri fəal olmağa səsləyib.

Görüş iştirakçıları son dövrdə reallaşan islahatlardan razılıqlarını ifadə edib, fevralın 9-da ən layiqli namizədə səs verəcəklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti