...

Seçicilər deputatlığa namizədə tapşırıqlar verir (FOTO)

Cəmiyyət Materials 29 Yanvar 2020 10:35 (UTC +04:00)
Namizəd M.Ə. Rəsulzadə qəsəbəsinin Abdinbəyov və Xutor yaşayış massivinin S.Bəhlulzadə küçələrinin bir qrup sakini ilə görüşüb
Seçicilər deputatlığa namizədə tapşırıqlar verir (FOTO)

Bakı. Trend:

9 saylı Binəqədi ikinci Seçki Dairəsindən Milli Məclisə deputatlığa namizəd Kamaləddin Qafarov yanvarın 28-də seçicilərlə görüşlərini davam etdirib.

Trend-in məlumatına əsasən, o, M.Ə. Rəsulzadə qəsəbəsinin Abdinbəyov və Xutor yaşayış massivinin S.Bəhlulzadə küçələrinin bir qrup sakini ilə görüşüb.

Görüş zamanı seçicilər yaşadıqları ərazilərin problemlərini həll etmək üçün deputatlığa namizəddən kömək göstərməyi xahiş edib, ona bir sıra tapşırıqlar veriblər.

K.Qafarov bu arzu, istək və tapşırıqlara qanuna müvafiq qaydada yanaşacağını və onları nəzarətdə saxlayacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti