...

Kamaləddin Qafarov: Seçkilərdə ən vacib amil elektoratdır (FOTO)

Cəmiyyət Materials 30 Yanvar 2020 10:00 (UTC +04:00)
Seçkilərdə ən vacib amilin elektorat olduğunu vurğulayan Kamaləddin Qafarov sakinləri 9 fevral seçkilərində fəal olmağa, ən layiqli namizədlərə səs verməyə çağırıb
Kamaləddin Qafarov: Seçkilərdə ən vacib amil elektoratdır (FOTO)

Bakı. Trend:

Yeni Azərbaycan Partiyasından 9 saylı Binəqədi ikinci Seçki Dairəsi üzrə VI çağırış Milli Məclisə deputatlığa namizəd Kamaləddin Qafarov yanvarın 29-da M.Ə. Rəsulzadə qəsəbəsinin Cəfər Cabbarlı və Fəxrəddin Şahbazov küçələrinin sakinləri ilə görüşüb.

Trend-in məlumatına əsasən, seçicilər tərəfindən hərarətlə, maraqla qarşılanan K.Qafarov sakinlərin qaldırdığı məsələləri diqqətlə dinləyib, qarşılaşdıqları problemləri müvafiq qurumlar qarşısında qaldıracağını bildirib.

Seçkilərdə ən vacib amilin elektorat olduğunu vurğulayan Kamaləddin Qafarov sakinləri 9 fevral seçkilərində fəal olmağa, ən layiqli namizədlərə səs verməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti