...

Afət Həsənova seçiciləri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 31 Yanvar 2020 09:07 (UTC +04:00)
O bildirib ki, rayonun qəsəbələrində olan problemləri daim diqqətdə saxlayacaq
Afət Həsənova seçiciləri ilə görüşüb (FOTO)

Bakı. Trend:

32 saylı Suraxanı Üçüncü seçki dairəsindən YAP-ın Milli Məclisə deputatlığa namizədi Afət Həsənovanın 30 yanvar 2020-ci il tarixdə Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində seçicilərlə növbəti görüşü olub.

Trend-in məlumatına əsasən, görüşdə onları narahat edən müxtəlif məsələlərə aydınlıq gətirən deputatlığa namizəd Afət Həsənova qeyd edib ki, etimad göstərilsə, əksər sakinlərin qaldırdıqları kanalizasiya və yol infrastrukturu ilə bağlı problemlərin öz həllini tapması istiqamətində əlindən gələni əsirgəməyəcəyəcək.

O, həmçinin bildirib ki, rayonun qəsəbələrində olan problemləri də daim diqqətdə saxlayacaq və mütəmadi olaraq sakinlərlə görüşlər keçirərək şikayətlərini öyrənəcək və seçicilərinin etimadını doğruldacaq.

Afət Həsənova Əmircan qəsəbəsi, Zülal Tağıyev küçəsində seçicilərlə də görüşüb.

Görüşdə öz seçki platforması haqqında məlumat verən deputatlığa namizəd Afət Həsənova daha sonra narahatçılıq yaradan həlli vacib məsələlər barədə seçicilərlə müzakirələr aparıb. Onların şikayət və təkliflərini dinləyən namizəd qeyd edib ki, 9 fevral Milli Məclisə seçkilərdə seçicilər tərəfindən etimad göstərilsə, yaxın gələcəkdə sakinlərin problemli məsələlərinin həlli istiqamətinə öz əməlləri ilə töfhə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti