...

Pərvin Kərimzadənin növbəti görüşü də xoş ovqat və yüksək əhval-ruhiyyə ilə keçib (FOTO/VİDEO)

Cəmiyyət Materials 31 Yanvar 2020 11:20 (UTC +04:00)

Bakı. Trend:

37 saylı Nizami Birinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd Pərvin Kərimzadənin parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşü də xoş ovqat və yüksək əhval-ruhiyyə ilə keçib.

Trend-in məlumatına əsasən, görüşdə seçki dairəsini əhatə edən ərazinin sakinləri ilə yanaşı ağsaqqallar, zayalılar, Qarabağ və Əfqanıstan müharibəsi veteranları, Çernobıl əlilləri və gənclər iştirak ediblər.

Təbliğat Qrupunun üzvləri çıxış edərək ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində respublikamızın ictimai-siyasi həyatındakı uğurlardan, müxtəlif sahələrinin, o cümlədən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının yüksək səviyyətə həyata keçirildiyindən danışıblar. Qeyd edilib ki, əldə edilən nəticələr ölkədə işsizliyin azaldılmasına və əhalinin, xüsusilə gənclərin faydalı əməklə məşğulluğunun artırılmasına, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə, əmək haqlarının və təqaüdlərin artırılmasına gətirib çıxarıb.

Deputatlığa namizəd Pərvin Kərimzadənin çoxşaxəli fəaliyyətindən bəhs edən natiqlər seçiciləri islahatların davamlı olmasına dəstək verməyə və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.

Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyinin irəli sürülməsinə, ona göstərilən etimada görə partiyanın Sədri, Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirən deputatlığa namizəd Pərvin Kərimzadə seçicilərə Yeni Azərbaycan Partiyasının seçki platforması, tərcümeyi-halı, əmək və elmi-siyasi fəaliyyəti, eləcə də ötən 5 ilə yaxın müddətdə millət vəkili kimi gördüyü işlər haqqında ətraflı məlumat verib.

İbrahim Cəfərov, Cavid Bağırzadə, Aydın Murovdağlı, Kəmalə xanım və digərləri çıxış edərək, bütün seçkilərdə olduğu kimi qarşıdan gələn parlament seçkilərində də xalqımızın Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcəklərini və partiyamız növbəti möhtəşəm uğurunu qazanacağını vurğulayıblar. Həmçinin qeyd edilib ki, YAP-ın namizədi Pərvin Kərimzadənin deputatlıq fəaliyyəti dövründə seçicilərin böyük etimadını qazanmasın onun növbəti dəfə də qələbə çalacağına zəmanət verir.

Görüş iştirakçıları 9 fevral növbədənkənar parlament seçkilərində fəal iştirak edəcəklərini, ölkənin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstək olacaqlarını bildirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti