...

Deputatlığa namizəd seçicilərinə müraciət etdi... - FOTO

Cəmiyyət Materials 31 Yanvar 2020 11:45 (UTC +04:00)

Bakı. Trend:

23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən deputatlığa namizəd, akademik Ziyad Səmədzadə seçicilərə müraciət edib.

Trend-in məlumatına əsasən, deputatlığa namizədin müraciətində deyilir:

“Hörmətli seçicilər!

Namizədliyimi irəli sürdüyüm dairədə respublikanın bir çox iri elmi mərkəzləri, aparıcı ali məktəbləri cəmləşmişdir. Bu elm ocaqlarında istedadlı alimlər, mütəxəssislər, pedaqoqlar çalışırlar.

Onların bir çoxu ilə məni birgə təhsil və fəaliyyət illəri, yaradıcılıq əlaqələri, eyni zamanda sadəcə olaraq mehriban insani münasibətlər bağlayır, onların ehtiyac və arzularına yaxşı bələdəm.

Biz birlikdə uzun illərdir ki, müasir şəhər təsərrüfatının inkişafı məsələləri ilə məşğul oluruq.

Fikrimcə, dünyanın gözəl və bənzərsiz şəhərlərindən olan Bakının hamımızı narahat edən və illərlə həll edilməyən problemlərinə diqqət xeyli artırılmalıdır”.

Deputatlığa namizəd, həm də Beynəlxalq İqtisadçılar İttifaqının (Bİİ) vitse-prezidentidir.

Ölkəmizdə və ölkə sərhədlərindən kənarda nüfuzlu iqtisadçı alim kimi tanınan Z.Səmədzadə 2006-cı ildə Bİİ-nin XV yığıncağında bu təşkilatın vitse-prezidenti təyin edilib.

Yığıncaqda, həmçinin akademik “Beynəlxalq İqtisadçılar İttifaqı Qızıl Fondu”nun diplom və sertifikatı ilə təltif edilib.

“Ziyad müəllim kimi insanlar çox olaydı...".

Bunu isə Səbail rayon sakini Şura Mehdiyeva bildirib.

O, sonra qeyd edib:

"İnsanlar arasında böyük hörməti var. İçərişəhərdə böyükdən-kiçiyə hamı onu sevir. Ziyad müəllim çox qayğıkeş, mehriban bir ziyalıdır. Müntəzəm olaraq kimsəsizlərə yardımlar edir, qəbuluna gedənlərin dərdinə şərik olur, üzləşdikləri problemləri aradan qaldırmağa çalışır. Əminəm ki, bizim deputatımız yenə Ziyad müəllim olacaq..."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti