...

“Müəllimlər arasında İxtisas Olimpidası”nın mükafatlandırma mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 5 Fevral 2020 17:10 (UTC +04:00)
9 ixtisas üzrə yekunda 354 nəfər finala vəsiqə qazanıb.
“Müəllimlər arasında İxtisas Olimpidası”nın mükafatlandırma mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, YAP Gənclər Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi və “LİBRA” kitab evinin baş sponsorluğu ilə respublikada ilk dəfə keçirilən “Müəllimlər arasında İxtisas Olimpidası”nın mükafatlandırma mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirədə ilk olaraq söz TAİM-ın direktoru İlkin Həsənova verilib.

İştirakçılara uğurlar arzu edən Təhsil Nazirliyinin eksperti “Sabahın müəllimləri” “Gələcək üçün Oxu”, Psixologiya üzrə BTŞ-lə birgə keçirilən layihə və digər layihələr haqqında məlumat verib.

İ.Həsənovdan sonra ADPU rektoru Cəfər Cəfərov çıxış edib. MİO haqqında fikirlərini bölüşüb, dəyərli məsləhətlərini verib. Bü cür layihələrin daha tez-tez keçirilməsini vacib olduğunu vurğulayıb. Daha sonra YAP-dan Elmar Məmmədov, ATGTİ-nın sədri Faiq Məmmədov, ACER-in Azərbaycanda rəsmi nümayəndəsi Həsən Həsənov, Təhsil nazirliyinin, Gənclər və İdman nazirliyinin, Bakı şəhər Təhsil İdarəsinin vəzifəli şəxsləri öz təbriklərini iştiakçılara çatdırıblar. Yekun söz olaraq layihə rəhbəri Xəyal İbrahimzadə MİO haqqında geniş şəkildə məlumat verib. Xəyal bəy qeyd edib ki, Olimpiada iki mərhələdə bütün respublikanı əhatə edib. 9 ixtisas üzrə yekunda 354 nəfər finala vəsiqə qazanıb. Layihənin əsas məqsədinin müəllimlərin ixtisası üzrə motivasiya edilməsi, olimpiada hərakatına dəstək, müəllimlik peşəsinin prestijliyini artırmaq olduğunu vurğulayıb. Onlardan hər ixtisas üzrə ilk 3 yerin sahibinin mükafatlandırılacağını, digər finalçılar isə sertifikatlar əldə edəcəklərini söyləyib.

Çıxışlardan sonra rəsmi şəxslərin iştirakı ilə qaliblərə ACER-dən notebuklar, Baku Elektroniksdən qiymətli hədiyyələr, ES Travel-dən iki nəfərlik səyahət bileti, “Saat Store”dan saatlar, “İydə” Parfumeriyadan brend ətirlər, Nizami Kino Mərkəzindən 20 ədəd kinoya bilet, TAİM-dən hər kəsə MİQ və Sertifikasiya üzrə endirim kuponları təqdim olunub.

Rəsmi hissənin ardınca bədii hissə başlayıb. Aydın Sani, Cavid Tağızadə, Elmar Hüseynzadə, Elnar Xəlilov, Hiss öz ifaları ilə qalibləri təbrik edib.

Sizə qaliblərin adını açıqlayırıq:

Azərbaycan dili və Ədəbiyyatı

1.Şəfəq Məmmədova – Yasmal, 1 nömrəli məktəb -34 bal

2. İlahə Rəcəbzadə- Lerik, BDU IV kurs – 33 bal

3. Səbinə Ənvərli- Bərdə, BDU IV kurs – 30 bal

Biologiya

1. Pərvanə Babuşova – Sabuncu r-nu ,– 44 bal

2. Ümid Məmmədov- Astara, Kijəbə kənd məktəbi – 32 bal

3. Gülüzə Yusibova- Gəncə, 22 nömrəli məktəb (Gəncə) – 31 bal

Coğrafiya

1. Aqil Qurbanov – Hacıqabul, 308 nömrəli məktəb -38.5 bal

2. Faik Kərimov- Qusar, Sudur kənd məktəbi – 34.5 bal

3. Tural Taqiyev- Xaçmaz, Palıdlı kənd məktəbi – 28.8 bal

Fizika

1. Mustafa Azadov – Qusar, BDU III kurs – 43 bal

2. Həyat Qaragözova- Sabunçu, Özəl lisey – 32 bal

3. Məhəmməd Ağayev- Bərdə, BDU IV kurs -25 bal

İbtidai sinif

1. Sevil Cabbarova – Suraxanı, ADPU III kurs – 22 bal

2. Azadə Ağayeva- Yasamal, Repititor - 19.5 bal

3. İlahə Məmmədova- Xətai, 293 nömrəli məktəb – 18.5 bal

İngilis dili

1. Günel Eyvazlı – Niazmi rayonu, işlmir - 36 bal

2. Günel Hacıyeva- Sumqayıt, işləmir – 34 bal

3. Solmaz Cahangirova- Abşeron, Masazır 5 nömrəli məktəb -31 bal

Kimya

1. Şəhriyar Ağayev - Sumqayıt, Şuşa 1 nömrəli məktəb – 17 bal

2. Gülgün Abdullayeva- Qəbələ, AMEA I kurs magistr -15 bal

3. Cəmilə Abidova- Oğuz, Sincan kənd məktəbi – 10 bal

Riyaziyyat

1. Fərid Hüseynov – Lənləran Osaküçə kəənd məktəbi – 38 bal

2. Süleyman Bağırov- Sabunçu, repititor – 35 bal

3. Orxan Bayramov- Qusar, Kuzun kənd məktəbi – 34 bal

Tarix

1. Aydan Rzayeva – Binəqədi, BDU IV kurs – 39 bal

2. Turanə Seydiyeva- Abşeron, ADPU III kurs - 35 bal

3. Mövlud Mirzəyev- Quba, Zərqavəa kənd məktəbi - 31 bal

Məqalədə:
Xəbər lenti

Xəbər lenti