...

Tələbələrin ali təhsil müəssisələrindən köçürülməsi üçün sənəd qəbulu başa çatıb

Cəmiyyət Materials 10 Fevral 2020 13:07 (UTC +04:00)
Ali təhsil müəssisələrindən köçürülmək yaxud ixtisasını dəyişdirmək üçün müraciət edənlərin sayı 2668 nəfərdir
Tələbələrin ali təhsil müəssisələrindən köçürülməsi üçün sənəd qəbulu başa çatıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, fevralın 1-dən 7-dək transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ümumilikdə 3083 müraciət qeydə alınıb.

Ali təhsil müəssisələrindən köçürülmək yaxud ixtisasını dəyişdirmək üçün müraciət edənlərin sayı 2668 nəfər, orta ixtisas təhsil müəssisələrindən köçürülmək istəyənlərin sayı isə 415 nəfər təşkil edir.

Hazırda tələbələrin müraciətlərinə baxılır. Nəticələrin mart ayında açıqlanması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti