...

Bakıda beton daşıyan yük avtomobili qəza törətdi - Şəhərə giriş bağlandı (VİDEO)

Cəmiyyət Materials 13 Mart 2020 10:11 (UTC +04:00)
Trend-in məlumatına görə, hadisə Binəqədi rayonunda avtovağzal yaxınlığında qeydə alınıb.
Bakıda beton daşıyan yük avtomobili qəza törətdi - Şəhərə giriş bağlandı (VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə Binəqədi rayonunda avtovağzal yaxınlığında qeydə alınıb.

Belə ki, dönmə əməliyyatını düzgün yerinə yetiməyən yük avtomobili divara çırpılıb. Nəticədə beton piltə daşıyan avtomobil yolu bağlayıb. Hadisə səbəbindən Bakı Dairəvi 1 yolundan gələn avtomobillər üçün şəhərə giriş bağlanıb.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti